Litva-Azərbaycan münasibətləri yeni keyfiyyət çalarları əldə etməkdədir
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının məsləhətçisi
Ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu dövlət siyasəti nəticəsində Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmiş Azərbaycan qlobal inkişafa, iqtisadi sabitliyə töhfələrini günü-gündən artırır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən ölkəmizin çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu, regionda sabitləşdirici aktor kimi çıxış etməsi, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarları əsas götürməsi Azərbaycanın dünya miqyasında nüfuzuna müsbət təsir edib.
Mayın 22-də ölkə Prezidentimiz cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Litva Respublikasına rəsmi səfəri ölkəmizin xarici əlaqələrinin yüksələn xətlə inkişaf etdiyinə bir nümunədir. Azərbaycanın və Litva prezidentlərinin qarşılıqlı işgüzar səfərləri hər iki ölkənin gələcək inkişaf perspektivlərinin, müxtəlif sahələrdə daim genişlənən qarşılıqlı faydalı əməkdaşlığın daha da yüksəlməsinə səbəb olub. Dövlət Başçımızın Litvaya sayca 4-cü səfəri çərçivəsində keçirilən məhsuldar görüşlər, bir sıra mühüm sənədlərin imzalanması, biznes forumunun təşkili, iki ölkənin rəhbərlərinin mətbuata bəyanatları əlaqələrimizin gələcəkdə daha da genişlənməsinə mühüm təkan verəcəyindən xəbər verir. Xüsusilə də dövlət başçılarının görüşləri ikitərəfli münasibətlərin müzakirəsi və əməkdaşlığın dərinləşdirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edib.
“Təbii ki, ölkələrimizi və ümumiyyətlə qitələri birləşdirən Avrasiyada daha rahat nəqliyyat, kommunikasiya imkanlarını yaratmaq üçün ölkələrimizin payına böyük vəzifələr düşür. Biz razılaşdıq ki, müvafiq qurumlar bu məsələ ilə bağlı ciddi məşğul olacaqlar. Çünki dünyada hökm sürən yeni geosiyasi reallıq bunu diktə edir. Azərbaycan üzərindən keçən tranzit yüklərin həcmi ildən-ilə artır və artacaq”. Prezident cənab İlham Əliyevin Vilnüsdə Litva Prezidenti Gitanas Nauseda ilə mətbuata bəyanatı zamanı dediyi bu fikirlər strateji tərəfdaşlar kimi Litva və Azərbaycanın uğurlu əməkdaşlığına nümunədir.
Bütövlükdə, hər iki ölkəni bir-birinə bağlayan strateji əsaslar eyni zamanda, milli maraqların qarşılıqlı faydalı əməkdaşlıq əsasında uzlaşdırılmasıdır. Prezident İlham Əliyevin vurğuladığı kimi: “Xəzər dənizinin Cənubi Qafqazı Baltik dənizi ölkələri ilə birləşdirən nəqliyyat marşrutları da bəllidir. Sadəcə olaraq, birgə səylərlə biz bu birləşmə layihələrini həyata keçirərək bu sahədə də uğurlu əməkdaşlığa nail olacağıq. Bütövlükdə deyə bilərəm ki, bu gün müzakirə olunan məsələlərin önəmi bir daha onu göstərir ki, strateji tərəfdaşlar kimi Litva və Azərbaycan uğurla bir-biri ilə əməkdaşlıq edir. Əminəm ki, bu səfərdən sonra bu əməkdaşlığa növbəti güclü təkan veriləcək”.
Təsadüfi deyil ki, bəhs olunan səfər çərçivəsində hər iki dövlət başçısı Azərbaycan – Litva dostluq və strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildirib və bunun üçün zəruri tədbirlərin görüləcəyini diqqətə çatdırıblar.
20 ilə yaxın beynəlxalq inkişafa dair layihələrdə Azərbaycanla bir yerdə iştirak edən Litva Avropa İttifaqı ilə ölkəmiz arasında tərəfdaşlıq əlaqələrinin inkişafını dəstəkləyir. Litva-Azərbaycan münasibətləri bütün sahələrdə davamlı və nizamlı surətdə inkişaf etməkdə və yeni keyfiyyət çalarları əldə etməkdədir. Bu isə ümumi münasibətlər sisteminin inkişafını təmin edən strateji faktor kimi çıxış edir. Nəticə etibarı ilə, tərəflər arasında strateji tərəfdaşlıq münasibətlərinin davamlı inkişafı üçün yaxşı perspektivlər var.
Tərəflər eyni zamanda Şərq Tərəfdaşlığı proqramı çərçivəsində də strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar axtarışındadır. “Biz Avropa İttifaqının Azərbaycanla enerji sahəsində əməkdaşlığını müsbət qiymətləndiririk” deyən Litva prezidenti bu əməkdaşlığın Avropa İttifaqının enerji bazarına müsbət təsir göstərdiyini, həmçinin Avropa İttifaqının qış ayları üçün təchizatını təmin etdiyini bir daha bəyan etdi.
Qloballaşan dünyamızda Avrasiyanın mühüm dayaq nöqtəsi kimi çıxış edən Azərbaycanın nüfuzu, beynəlxalq mövqeyi ölkəmizin gələcək inkişafına təkan verən göstəricilərdəndir.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər