Kuala Lumpur şəhərində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub

Kuala Lumpur şəhərində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub

Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Kuala Lumpur şəhərində azərbaycanlı rəssamların əsərlərindən ibarət sərgi təşkil olunub.Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyinə, həmçinin Azərbaycan və Malayziya arasında diplomatik münasibətlərin yaradılmasının 30-cu ildönümünə həsr edilmiş sərginin mayın 10-da rəsmi açılış mərasimi baş tutub. Sərgiyə Malayziyanın nüfuzlu incəsənət mərkəzlərindən biri olan “KL City Art” qalereyası ev sahibliyi edib.

“Diplomatiyanın incəsənəti” devizi altında keçirilən sərginin açılış mərasimində hazırda Malayziyada səfərdə olan Milli Məclisin Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Vüqar Bayramov, Malayziya Nümayəndələr Palatasının tərkibində fəaliyyət göstərən Malayziya-Azərbaycan dostluq qrupunun üzvü Zahir Bin Hassan, Malayziya Xarici İşlər Nazirliyinin idarə rəisi Yubazlan Yusof, malayziyalı sənətsevərlər, yerli media təmsilçiləri və Azərbaycan icmasının nümayəndələri iştirak edib. Azarbaycan rəssamlar ittifaqinin üzvü rəssam Kamilla Zarbaliyevanin ’’Qarabağda payiz’’,’ ’Köhnə Baki’’, ’’Körpə ’’, ’’Shaucha’’, ’’Nirodha’’, ’’Samadhi’’ əsərləri sərgidə yer alıb və böyük maraqla qarşılanib.’’Bu cür tədbirlər gənc rəssamlar uçun böyük motivasiyadir və ölkəmizin mədeniyyeətini xaricdə təbliğ etmək üçün gözel imkandır’’ — deyə, Kamilla Zarbaliyeva qeyd etmişdi.

Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında göstərdiyi misilsiz xidmətlərdən bəhs edərək, onun əziz xatirəsinin qədirbilən Azərbaycan xalqının yaddaşında daim yaşayacağını vurğulayıb. Diplomat Prezident İlham Əliyevin Ümummilli Lider Heydər Əliyev siyasi dəst-xəttini layiqincə davam etdirdiyini bildirərək, bu strateji və müdrik siyasətin Azərbaycan-Malayziya münasibətlərində də əks olunduğunu, iki ölkə arasında əlaqələrin qarşılıqlı etimada və dostluq prinsiplərinə əsaslanmaqla bir çox istiqamətdə uğurla inkişaf etdiyini qeyd edib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR