Gəncə şəhərində Qurban Bayramı münasibətilə bayram namazı qılınıb

Gəncə şəhərində Qurban Bayramı münasibətilə bayram namazı qılınıb

Bayram namazı şəhərin bütün məscidlərində eyni vaxtda başlayıb. Yüzlərlə şəhər sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət arzulanıb.

Həmçinin, şəhərin “Kəpəz-Bazarı” ASC-də, "İmamzadə" Dini Kompleksinin qurbangahında, M. Bağırov və Bayan küçələrinin ərazisində müəyyən edilmiş satış və kəsim məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə İslam qaydaları əsasında qurbanlar kəsilib.

Qeyd edək ki, Qurban Bayramı münasibətilə bu il ölkədə 28-29 iyun tarixləri qeyri-iş günü hesab olunur.









101.az

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR