Ölkəmizdə qlobal istiləşmə və su qıtlığına qarşı mübarizə tədbirləri yüksək səviyyədədi
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Müasir dövrdə dünyanı narahat edən qlobal problemlərdən biri də iqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri getdikcə daha çox narahatlıq doğurmaqdadır.
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 5 iyul tarixində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlər görüşündə qeyd etdiyi kimi, iqlim dəyişikliyi, su qıtlığı, ərzaq təhlükəsizliyi, məcburi miqrasiya kimi məsələlər bizim daimi diqqətimizi tələb edir.
Qeyri-sabit hava şəraiti tək Azərbaycanda deyil, dünyanın bir sıra ölkələrində hiss olunur və ciddi problemlər yaradır. İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər qrupunun son qiymətləndirmə hesabatına görə, son 100 ildə Yer kürəsində orta temperatur 0,8 dərəcə artıb. Temperaturun artması isə əsasən, antropogen amillərlə bağlıdır. Antropogen amillərin əsasını istilik effekti yaradan qazlar – karbon, metan, azot oksidi, azot 1 oksid və xlor-fülor birləşmələr təşkil edir.
Son 100 illik kosmik müşahidələr göstərir ki, tufanların, çovğunların həm intensivliyi, həm də tezliyi artıb. İsti küləklər, qasırğalar, yağıntılar güclənib. Eyni zamanda, sel, daşqın hadisələrinin də sayı artıb. Okeanın səthi əvvəllər 1000 metr dərinliyə qədər isinirdisə, artıq isinmə 2000 metr dərinliyə qədər çatır. Bu da isti axınların daha da isinməsinə səbəb olur. Yəni bütün bu təbii fəlakətlərin artımında əsas amil iqlim dəyişmələridir.
Planetin 70 faizini su əhatə etsə də, 80-dən artıq ölkə icməli su qıtlığı ilə üz-üzədir. Azərbaycan da şirin su ehtiyatları məhdud ölkələr sırasınadır.
Su qıtlığı – suya olan tələbatın şirin su resursları tərəfindən qarşılanmamasıdır. Məlumata görə, dünyadakı şirin su ehtiyatları bütün su mənbələrinin yalnız bir faizini təşkil edir. 2050-ci ildə içməli su ehtiyatına tələbatın daha 30 faiz artacağı təxmin edilir. Bu problemlə qarşı-qarşıya olan insanların sayı isə 3 milyarda çatacaq. Çaylar, göllər və yeraltı su qaynaqları tədricən quruyur və ya çirklənir. Məhz Azərbaycandada su qıtlığının yaranmasının əsas səbəbi iqlim dəyişikliyi ilə bağlıdır.
Əhaliyə verilən suyun keyfiyyətli, təhlükəsiz, dayanıqlı olması məqsədilə su mənbələrində tədqiqat işləri daima aparılır. Gədəbəy, Lerik, Şəki, Horadiz şəhərində su hovuzları yaradılıb. Tovuz şəhəri üzrə Zəyəmçayda sugötürücü qurğu inşa edilib, Göygöl şəhərində suyun keyfiyyətinin yaxşılaşdırılması üçün 6 km uzuluğunda su kəməri çəkilib.
Gəncə, Şəmkir və Samux şəhərlərində məhsuldarlığı 1 milyon 400 min kubmetr olan Şəmkircay Sutəmizləyici Qurğular Kompleksi inşa edilib.Hazırda qurğu istismara verilib.Şəhərlərlə yanaşı 3258 yaşayış məntəqəsinin icməli su təchizatının vəziyyəti qiymətləndirilib.Qobustan, Ağsu, Şamaxı, Ağcabədi, Beyləqan rayonlarının su təminatı zəif olan bir sıra yaşayış məntəqələrinin içməli su təchizatı da yaxşılaşdırılıb. Demək olar ki, regionlarda əhalinin içməli su ilə bağlı çətinliklərinin əsas hissəsi həllini tapıb.
Regiolarda reallaşdırılan iri layihələrdən böyük şəhərlərin su problemlərinin həllində də istifadə olunur. Məsələn, ümumi su tutumu 270 milyon kubmetr olan Taxtakörpü su anbarı Azərbaycanın ən hündür torpaq bəndli su anbarı olmaqla yanaşı Bakı və Bakıətrafı ərazilərin su ilə təchizatında əhəmiyyətli rola malikdir.Həmçinin Şuşa şəhərinin bir mənbədən asılılığını aradan qaldırmaq üçün Zarıslı sugötürücü qurğusu, 11 km uzunluğunda Zarıslı-Şuşa magistral su kəmərinin qəzalı hissələri bərpa olunub və şəhərə suyun verilişi təmin edilib.
Şuşa şəhərinin içməli su təchizatının yenidən qurulması layihəsi sürətlə devam edilir. Layihə çərçivəsində Kiçik Kirs-Şuşa magistral su kəmərinin istismara yararsız 5,3 km-lik hissəsi dəyişdirilib.
Prezident cənab İlham Əliyevin tapşırığına uyğun olaraq növbəti illərdə həyata keçiriləcək layihələrlə bağlı işlərə də başlanılıb.
Ali Baş Komandan İlham Əliyev Füzuli şəhərinin içməli su təchizatı, kanalizasiya və yağış suları sistemləri kompleksinin təməlini qoyub.Eyni zamanda Yengicə su anbarının tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı bir daha göstərir ki, ölkəmizdə qlobal istiləşmə və su qıtlığına qarşı ciddi mübarizə tədbirləri yüksək səviyyədə həyata keçirilir.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər