Ölkəmizin müsbət iqtisadi nəticələri günü-gündən artır
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Ölkə Prezidenti cənab İlham Əliyevin cari ilin 11 iyul tarixində 2023-cü ilin altı ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə qeyd etdiyi kimi, lazımı hüquqi baza var və sənaye zonaları artıq uzun illərdir ki, fəaliyyət göstərir.
Sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar.
Sənaye məhəllələrinin rezidentləri (iştirakçıları) isə mövcud qanunvericiliyə uyğun olaraq, investisiya təşviqi mexanizimindən yararlana bilərlər. İnvestisiya təşviqi sənədinə əsasən sahibkar sənədi aldığı tarixdən etibarən 7 il müddətinə mənfəət və ya gəlir vergisinin 50%-dən, torpaq və əmlak vergisindən, həmçinin layihə çərçivəsində xaricdən idxal olunan texnika, texnoloji avadanlıq və qurğunun gömrük rüsumu və ƏDV-dən tam azad olunur.
Sənaye zonalarında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika müşahidə olunur və istehsal olunan məhsullar dünyanın 30-dan çox ölkəsinə ixrac olunur.
Təsadüfi deyil ki, hər il sənaye zonalarında sahibkarların sayı artır. Artıq bu sahədə həyata keçirilən layihələrin müsbət iqtisadi nəticələri də var. Belə ki, İqtisadi Zonaların İnkişafı Agentliyi fəaliyyətə başlayandan bugünədək idarəçiliyində olan sənaye zonalarında investisiya həcmi 246 milyon manatdan çox olan 30 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Burada sahibkarlar tərəfindən həyata keçiriləcək layihələr üzrə 2800-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Sənaye zonaları üzrə indiyədək ümumilikdə 8,8 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 2,9 milyard manatlıq və ya 33 faizə yaxın hissəsi ixrac olunub. Sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,7 faiz, ixracında isə 29,5 faizdir. İstehsal olunan məhsullar daxili bazarla yanaşı, “Made in Azerbaijan” brendi ilə dünyanın bir sıra ölkələrinə (ABŞ, Kanada, BƏƏ, Çin, Rusiya, Çexiya, İngiltərə, İsrail, İspaniya, Avstriya və s.) ixrac olunur.
Ümumilikdə isə, indiyədək sənaye zonaları üzrə layihələrin ümumi investisiya həcmi 7 milyard manata yaxın olan 116 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 65-i istehsal fəaliyyətinə başlayıb. Bütövlükdə isə, sənaye parklarının qeyri-neft sektorunun inkişafında rolu getdikcə artır ki, bu da ölkəmizdə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin perspektivlərindən xəbər verir.
Beləliklə, xarici və yerli iş adamları ölkədə mövcud sənaye zonalarında yaradılmış əlverişli şəraitdən yararlana bilərlər.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər