Azərbaycan nizamişünaslığının Heydər Əliyev erasının başlanğıcı – məqalə
Ümummilli Lider Heydər Əliyev 42 il öncə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 840 illik yubileyinin qeyd edilməsi haqqında tarixi qərara imza atdı. Bununla da Azərbaycan nizamişünaslığının tarixində yeni və mühüm bir mərhələnin əsası qoyuldu. Sovet ideologiyasının hökm sürdüyü dövrdə belə bir qərarın arxasında milli ideallara əsaslanan dəmir siyasi iradə, fədakarlıq və qədirşünaslıq dayanır. Ulu Öndərin illər sonra söylədiyi kimi: “Mən qürur hissi keçirirəm ki, Nizaminin yolunda az iş görməmişəm. Onun xatirəsini əbədiləşdirmək, irsinin daha da təbliğ olunması, yayılması üçün, kitablarının nəşri üçün çox iş görmüşəm. Buna görə də mən Nizami Gəncəvinin qarşısında öz borcumu yerinə yetirmişəm”.
Bu fikirlər AMEA Gəncə Bölməsi Nizami Gəncəvi Mərkəzinin direktoru filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “28 iyul 1981-ci il - Azərbaycan nizamişünaslığının Heydər Əliyev erasının başlanğıcı” sərlövhəli məqaləsində yer alıb. Məqaləni təqdim edirik.
Ümummilli Liderin Azərbaycan klassik ədəbiyyatına, tarixi şəxsiyyətlərinə münasibəti strateji baxımdan bütün dövrlər, xüsusən, sovet dövrü üçün mühüm əhəmiyyət daşıyırdı. Əlbəttə ki, belə bir fəaliyyət, öz növbəsində, çox çətinliklə, fədakarlıqla başa gəlirdi. Lakin bu maneələrin heç biri Ulu Öndərimizi öz yolundan çəkindirə bilmədi.
Prezident İlham Əliyevin söylədiyi “Ulu Öndərin həyatı, fəaliyyəti bir fədakarlıq nümunəsi idi. O, hətta özü üçün ən çətin dövrlərdə, artıq son illərdə fiziki sağlamlığı əvvəlki kimi olmadığı dövrdə də hər zaman hər birimizə nümunə göstərirdi. Hər birimiz, o cümlədən mən onun sağlığında da və yoxluğunda da onun kriteriyalarına uyğun hərəkət etməyə çalışırıq. Bu gün bizi qabağa aparan məhz budur - onun xatirəsinə hədsiz hörmət və onun mirasına olan münasibət. Onun mirası da bu gün müstəqil Azərbaycandır” fikirləri müasir müstəqil Azərbaycanın Heydər Əliyevin şah əsəri olduğunu bir daha təsdiqləyir.
Ümummilli Liderin dahi Nizami irsinə olan sonsuz məhəbbəti də məhz bu məfkurə üzərində köklənmişdi. Nizami Gəncəvinin SSRİ imperiyasının milli ideoloji mətləbləri olduqca həssaslıqla idarə etdiyi bir dövrdə yuvarlaq olmayan yubileyinin keçirilməsi Ulu Öndərin Azərbaycan xalqının qarşısında ən böyük xidmətlərindən biri olub. Görkəmli dövlət xadimi Heydər Əliyev 12 ildən sonra, 1993-cü ildə Nizami Gəncəvinin anadan olmasının 840 illik yubileyinin keçirilməsinin ibrətamiz tarixçəsini ictimaiyyətin diqqətinə belə çatdırmışdı: “Nizami Gəncəvinin 840 illiyini böyük bir yubiley kimi qeyd edəndə bizə çox yerdə irad tutdular ki, 840 il yuvarlaq tarix deyil. Ancaq biz sübut etdik ki, Nizami Gəncəvi edə bir şəxsiyyətdir ki, tarixdə, dünya mədəniyyətində elə bir iz qoyub getmişdir ki, onun yubileyi hər il keçirilə bilər”.
Heydər Əliyev hələ 1975-ci il sentyabrın 22-də və 1978-ci il yanvarın 4-də “Nizami Gəncəvi məqbərəsinin qorunması”, 1979-cu il yanvarın 6-da isə “Nizami Gəncəvinin ədəbi irsinin öyrənilməsini, nəşrini və təbliğini yaxşılaşdırmaq tədbirləri haqqında” imzaladığı qərarlar milli düşüncəli yeni nəsil azərbaycanlı nizamişünas alimlərin yetişməsinə səbəb oldu. Qətiyyətlə deyə bilərik ki, bu gün müasir Azərbaycan nizamişünaslığının yükü Heydər Əliyevin rəhbərliyi dövründə yetişən müdrik Azərbaycan alimlərinin və Prezident İlham Əliyevin hakimiyyəti dövründə yetişən gənc alimlərin çiyinləri üzərindədir. Bütün bunlar biz gənclər üçün bir əmanət, böyük məsuliyyət olduğu kimi, eyni zamanda, yüksək bir etimaddır.
Ümummilli Lider Heydər Əliyevin Nizami Gəncəviyə və onun ölməz irsinə münasibətini ümumən Gəncənin qəhrəmanlıqla dolu tarixi kontekstində araşdırmaq lazımdır. O, Gəncənin tarixinə Azərbaycan xalqının qəhrəmanlığını, müdrikliyini, böyüklüyünü nümayiş etdirən tarixi qəhrəmanlıq salnaməsi kimi yanaşırdı: “Gəncə Azərbaycanın, Azərbaycan xalqının qədim, zəngin tarixini özündə əks etdirən bir diyardır, gözəl şəhərdir. Biz hamımız - harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı - Gəncə ilə, onun qədim və zəngin tarixi ilə fəxr edirik və Gəncənin tarixinə, Gəncənin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətlərə minnətdarlığımızı bildiririk”.
Ulu Öndər bu sözləri 2000-ci il mayın 24-də Nizami Gəncəvinin məqbərəsi önündə Gəncə ziyalıları və ağsaqqalları ilə görüşündə dilə gətirib. Onun bu tarixi çıxışı sanki Nizami Gəncəvi ruhu qarşısında bir hesabat monoloqu idi: “Mən bu gün böyük hisslərlə Nizaminin məqbərəsini bir daha ziyarət etdim. Onu da sizə deyə bilərəm ki, Nizaminin 800 illiyi 1948-ci ildə keçirilmişdi. Amma 840 illik yubileyini mən böyük təntənə ilə keçirdim, yəni bu tədbiri həyata keçirməyə nail oldum. O vaxt buna da imkan vermirdilər”.
1981-ci ildən sonra Azərbaycan nizamişünaslığının tarixində yeni və mühüm mərhələnin əsası qoyuldu. Dahi şairin əsərlərinin dünya dillərinə tərcümə edilməsi, yubileyinin dövlət səviyyəsində qeyd edilməsi, məqbərəsinin müqəddəs bir ziyarətgah kimi qorunması məsələlərini özündə ehtiva edən bu mərhələ Nizami Gəncəvinin Azərbaycan xalqına ikinci qayıdışı kontekstində tarixə Azərbaycan nizamişünaslığının Heydər Əliyev mərhələsi kimi daxil oldu.
Ümummilli Liderin həmin qərarı Azərbaycan nizamişünaslığının inkişaf konsepsiyasını şərtləndirdiyi kimi, eyni zamanda, bu sahənin gələcək yol xəritəsini və hədəflərini müəyyənləşdirdi. Ulu Öndərin siyasi iradəsi və qətiyyəti ilə Nizami Gəncəvi “Xəmsə”sinin o dövrdə ən nüfuzlu nəşriyyat olan “Xudojestvennaya literatura”da çap edilməsi nizamişünaslıq sahəsində həmin dövrədək görünməyən bir hadisə idi. Bu hadisəni Ulu Öndər belə xatırlayırdı: “Nizaminin xatirəsinə mənim bir xidmətim də olubdur. İndi burada fürsətdən istifadə edib onu da demək istəyirəm. Nizami Gəncəvinin əsərlərinin bir qismini 1948-ci ildə onun 800 illik yubileyi keçiriləndə rus dilinə tərcümə etmişdilər. Biz onun 840 illik yubileyini keçirəndə əsərlərinin tamamilə rus dilinə tərcümə olunması və Moskvada - əgər burada ədəbiyyatçılardan varsa, bilirlər, Moskvada “Xudojestvennaya literatura” nəşriyyatı var idi. O, ən yüksək səviyyəli, tarixi şəxsiyyətlərin kitablarını nəşr edirdi - böyük tirajla nəşr olunması barədə qərar qəbul etdik. Bu, asan bir iş deyildi. Mən buna da nail oldum, bu qərar da qəbul edildi. Ancaq elə oldu ki, bu qərar həyata keçirilənə qədər mən Bakıdan Moskvaya işə keçdim. Təbiidir ki, orada da mənim səlahiyyətlərim böyük idi. Bu işə nəzarət etdim və Moskvada “Xudojestvennaya literatura” nəşriyyatında Nizami Gəncəvinin beş cilddən ibarət poemalarının çox nəfis şəkildə nəşr edilməsinə nail oldum. Bunun böyük əhəmiyyəti var. Çünki Nizamini biz tanıyırıq, Şərq ölkələri tanıyır. Amma lazımdır ki, Avropa da yaxşı tanısın”.
Ulu Öndərin dahi Nizami Gəncəvinin şəxsiyyəti və irsi ilə bağlı müəyyənləşdirdiyi bu strateji yanaşma Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısının 2011-ci il 23 dekabr tarixli Sərəncamına əsasən, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi dövlət səviyyəsində qeyd edildi. Bununla da Azərbaycan tarixində ilk dəfə olaraq xalqımız dahi Nizami Gəncəvinin 870 illik yubileyini müstəqil dövlətimizdə Azərbaycan və dünya nizamişünasları ilə birgə qeyd etdi.
Prezident İlham Əliyevin 2012-ci ildə imzaladığı müvafiq Sərəncamla fəaliyyətə başlayan Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Azərbaycan nizamişünaslığının ən mühüm tarixi nailiyyətidir. Bu Mərkəz dahi şairin vətəni Azərbaycandan başqa ikinci bir ölkədə fəaliyyətə başlaya bilməzdi. Prezidentin himayəsi altında hər il təşkil edilən Qlobal Bakı forumlari da məhz dahi Nizami Gəncəvinin mənsub olduğu Azərbaycan xalqının milli və bəşəri dəyərlərinin, tolerantlığının, multikultural düşüncəsinin, yaşayışının bütün dünya xalqlarına ərməğanı, səslənişidir. Xüsusilə Heydər Əliyev Fondunun dəstəyilə şairin “Xəmsə”sinin dünyanın müxtəlif dillərinə tərcümə edilib nəşr olunması bu siyasətin qoşa qanadının birini təşkil edir.
Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edildi. Tam vaxtında, zamanında verilmiş bu qərar yeni nəsil milli məfkurəyə söykənən nizamişünas alimlərin yetişdirilməsinə bir çağırış oldu. Müstəqil dövlətimiz və vətəndaşları Nizami Gəncəvi dühasının işığına toplaşaraq onun yubileyini dünya miqyasında təntənə ilə qeyd etdilər.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər