Azərbaycan sülh və əməkdaşlıq məkanıdır

Azərbaycan sülh və əməkdaşlıq məkanıdır

Dövlətimizin başçısı cənab İlham Əliyevin iyulun 22-də Şuşada nüfuzlu “Euronews” televiziyasına verdiyi müsahibə avqustun 1-də“Euronews” kanalında yayımlanmışdır. Müsahibədə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər, eyni zamanda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarından əl çəkəcəyi təqdirdə sülhün imzalanmasına nail olunmasının mümkünlüyü vurğulanmışdır.Prezident İlham Əliyev bölgədəki vəziyyəti ətraflı şərh edərək, Vətən müharibəsi, onun nəticələri və mövcud vəziyyət barədə məlumat verdi.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibədən sonra səsləndirdiyi sülhlə bağlı fikirlərin Ermənistan tərəfindən layiqincə qiymətləndirilmədiyi məlumdur. Ermənistan rəhbərliyi bir çox bəhanələr gətirərək sülh müqaviləsinin imzalanmasının ləngidilməsinə cəhd edir, sərhəddə davamlı təxribatlar törədir və ərazilərimizə diversiya qrupları göndərməyə çalışır. “Euronews” televiziyasına verdiyi müsahibədə Prezidentimiz İlham Əliyev qarşı tərəfə yenidən xəbərdarlıq etmişdir:“Erməni icmasına gəlincə, düşünürəm ki, onlar beynəlxalq ictimaiyyətin sülh təşəbbüslərinə qarşı çıxmamalıdırlar. Başa düşməlidirlər ki, əgər onlar Azərbaycanla sülh sazişi imzalamaq istəmirlərsə, gələcəkdə proqnozlaşdırılmayan vəziyyət olacaq. Gördüyümüz kimi, dünyada və regionda geosiyasi vəziyyət çox kəskin şəkildə dəyişir.”

Müsahibənin məhz qələbəmizin rəmzi, Qarabağın döyünən ürəyi olan Şuşada verilməsi dövlətimizin başçısı tərəfindən müdrikcə düşünülmüş bir addım idi.

Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, millətimizə böyük qəhrəmanlar bəxş edən ŞuşanınAzərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hər birimizə məlumdur. Lakin təəsüflə qeyd edirik ki, Şuşanın işğalından sonra ermənilərin burada azərbaycanlılara aid tarixi və dini abidələri viran qoyması nəticəsində şəhər öz tarixi simasını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır.

Bu gün işğaldan azad edilmiş ərazilərimizdə, o cümlədən, doğma Şuşada bərpa-quruculuq işləri davam etdirilir.Otuzillik erməni işğalından azad edilən, erməni vəhşilərinin törətdiyi barbarlıqdan sonra yeni həyata qədəm qoyan Şuşanın dirçəlişinə çox az qalıb.

İşğaldan azad olunmuş Azərbaycan ərazilərinə daxil olub Şuşaya çatana qədər işğalçı Ermənistanın vandal hərəkətlərinin izlərini görməmək mümkün deyildir.Prezidentimiz cənab İlham Əliyevin müsahibə üçün məhz Şuşa şəhərini seçməsi beynəlxalq mətbuat nümayəndələrinin, eyni zamanda dünya ictimaiyyətinin erməni vandalizminin şahidi olmasına növbəti dəfə fürsət yaratdı.

Müsahibədən sonra dövlət başçımız “Euronews” kanalının müxbirinə işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəlləri barədə məlumat verib.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR