Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmətə söykənir

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlər qarşılıqlı hörmətə söykənir

Cavid Bağırzadə,

YAP Gəncə şəhər təşkilatının 4 saylı (Gəncə Dövlət Universiteti) ərazi partiya təşkilatının sədri, Gəncə Dövlət Universitetinin Sosial fənlər kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 22-də Şuşada “Euronews” televiziyasına müsahibəsində Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri xarakterizə edərək bildirmişdi ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər.

Azərbaycan-Avropa İttifaqı münasibətlərinin əsası hələ 1993-cü ildə qoyulmuşdur. 1993-cü ildən Azərbaycan Avropa İttifaqı ilə münasibətlərdə maraqlı olduğunu bəyan etmiş və bu qurumla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır. 1996-cı ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Avropa İttifaqının hazırladığı “Tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş”i imzalamış və Azərbaycanın bu qurumla rəsmi əlaqələri yaranmışdır. 1993-2004-cü illər ərzində Avropa İttifaqı ilə Cənubi Qafqaz ölkələri arasında əməkdaşlıq genişlənmiş və inkişaf etmişdir. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsinə və gələcəkdə bu dövlətlərin Avropa Birliyinə inteqrasiya etmək planlarına həmişə müsbət yanaşmış və öz potesialını bu işə qoymağa hazır olduğunu bəyan etmişdir. Bölgədə sülhə, barışa, əməkdaşlığa ən çox meyilli və bu işə yardım edə biləcək ən imkanlı dövlət də məhz Azərbaycandır.

İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycanın parlaq qələbəsi regionda, Cənubi Qafqazda yeni geosiyasi vəziyyətin yaranmasını şərtləndirmişdir. Davamlı və dayanıqlı sosial-iqtisadi inkişafa malik Azərbaycan regional və beynəlxalq iqtisadi münasibətlər sistemində etibarlı və mühüm tərəfdaş dövlət kimi mövqeyə malik dövlətdir. Xüsusilə də Cənubi Qafqaz regionunda Azərbaycanın iştirakı və yaxud razılığı, onun dövlət maraqları nəzərə alınmadan hər hansı bir lahiyənin reallaşması mümkün deyildir. Belə bir vəziyyətdə Vətən müharibəsinbdə qalib gələrək ərazi bütövlüyünü təmin etməklə Azərbaycan eyni zamanda BMT-nin uzun illər ərzində kağız üzərində qalmış qətnamələrininin də yerinə yetirilməsini təmin etmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vətən müharibəsi dövründə verdiyi müsahibələrində, çıxışlarında dəfələrlə vuruğulamışdır ki, müharibə dövründə Azərbaycana qarşı bir çox təzyiqlər olmuşdur. Lakin bunlara baxmayaraq Ali Baş Komandanın siyasi iradəsi, qətiyyəti və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə Azərbaycan qısa müddət ərzində düşməni diz çökdürdü və bununla da regionda yeni geosiyasi münasibətlər yaranmağa başladı. Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət konteksində Cənubi Qafqaz regionu ilə, o cümlədən də regionun lider dövləti olan Azərbaycanla münasibətlərə yeni baxışlar və yanaşmalar yaranmışdı. Bu münasibətlərdən biri də Avropa İttifaqı ilə olan münasibətlərdir. Bütün bunlar Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə 2021-ci il iyunun 2-də zəng edərək telefon danışıqlarının başlıca mövzusu olmuşdur. Həmçinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin Cənubi Qafqaz bölgəsinə səfəri çərçivəsində 2021-ci il iyulun 18-də Azərbaycana rəsmi səfəri zamanı danışıqlar və müzkirələrin də əsas mövzularından biri olmuşdur. Beləkilə də Vətən müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni geosiyasi vəziyyət konteksində Azərbaycanla Avropa İttifaqı arasında olan münasibətlərdə də hərtərfli maraqlara uyğun yeni yanaşmalar ortaya çıxmışdır ki, bütün bunlara Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin bəyanatlarında açıqlamlar verilmişdir.

2023-cü il iyulun 15-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə üçtərəfli görüşü olmuşdu. Söhbət zamanı Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması, sülh prosesi üzrə danışıqların davam etdirilməsi, sərhədlərin delimitasiyası, nəqliyyat kommunikasiyalarının açılması, Ermənistanın hərbi birləşmələrinin Azərbaycan ərazilərindən çıxarılması və qanunsuz hərbi birləşmələrin tərksilah edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdı.

İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında Avropa İttifaqının rolu və fəaliyyəti haqqında suala cavab verilərkən Prezident İlham Əliyev bildirmişdi ki, əslində, 1992-ci ildən etibarən – hələ işğal dövründə aparılan danışıqlar zamanı Avropa İttifaqı vasitəçilik prosesinin bir hissəsi olmayıb. İndi bu, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsüdür. O, bizi dəvət etdi və biz dəvəti qəbul etdik. Çünki Azərbaycan ilə Avropa İttifaqının, eləcə də onunla Ermənistanın əməkdaşlıq səviyyəsini nəzərə alsaq, Avropa İttifaqının fəal olması təbiidir. Xüsusən də nəzərə alsaq ki, İkinci Qarabağ müharibəsindən sonra Minsk qrupu, əslində, fəaliyyət göstərmirdi və indi də göstərmir. Beləliklə, müəyyən beynəlxalq qurum olmalı idi. Düşündüm ki, Avropa İttifaqı ən yaxşı vasitəçi ola bilər, çünki bizim onunla münasibətlərimiz qarşılıqlı hörmətə, etimada və maraqlara söykənir. Bir sözlə, həmin təşəbbüs hazırda çox fəal dialoq formatına çevrilir, çünki biz təkcə Brüsseldə deyil, həmçinin Avropa Siyasi Birliyinin tədbiri çərçivəsində də görüşürük. Sonuncu dəfə görüş Kişineuda baş tutdu. Bunu vacib hesab edirəm, çünki vəziyyətin durğun olmasına imkan vermirik, durğunluq yaranarsa, yenidən bir növ fasiləyə keçərsə, onda biz hər hansı təhlükəli ssenaridən sığortalana bilmərik.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR