Ləman Həsənova: "Vahid məktəbli formalarının tətbiqinə başlanılır"
"Məlum olduğu kimi, Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin hər bir ümumi təhsil müəssisəsi üzrə vahid məktəbli geyimi tətbiq edilib. Qərara əsasən, məktəblər tərəfindən 4 cür geyim formasından birinin seçilməsi nəzərdə tutulur".
Bu barədə 101.az saytına Gəncə şəhər Nadir Hüseynov adına 38 nömrəli tam orta məktəbin direktoru Ləman Həsənova bildirib. O qeyd edib ki, 38 nömrəli məktəb tərəfindən də formalardan biri artıq seçilib, həmçinin şagird və valideynlər bu barədə yetərincə məlumatlandırılıblar.
"Onu da qeyd etmək yerinə düşər ki, məktəblərdə vahid formaların tətbiqi şagirdlərdə nizamlı görünüşü təmin etməklə yanaşı, sosial bərabərliyi də formalaşdıracaq. Bu isə gələcəkdə cəmiyyətimiz üçün faydalı və sağlam gənclərin yetişməsinə imkan yaradacaq.
Artıq dərs ilinin başlanmasına sayılı günlər qalıb. Bununla əlaqədar olaraq, valideynlər Gəncə şəhərində fəaliyyət göstərən satış məntəqələrindən məktəbli formaları əldə edə, eyni zamanda, formaları tikdirə də bilərlər".

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər