Erməni lobbisinin çirkin niyyətləri puça çıxdı
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Azərbaycan dövləti beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmərlə, məsuliyyətlə yanaşan öz tarixi torpaqlarını işğaldan azad etməklə illərlə kağız üzərində qalan BMT qətnamələrinin icrasını təmin etdi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan ordusu 44 günlük Vətən müharibəsində əsil şücayət, qəhrəmanlıq və ləyaqət nümayiş etdirərək, 30 illik torpaq həsrətimizə son qoydu. Doğma torpaqlarımızı görmək, yaxınlarımızın məzarlarını ziyarət etmək xoşbəxtliyi nəsibimiz oldu.
44 günlük müharibə zamanı beynəlxalq ictimaiyyət Ermənistan hökumətinin işğalçı və təcavüzkar əməllərinin şahidi oldu. Müharibə bitdikdən sonra hər kəs erməni vandallarının işğal zamanı hansı dağıntıları törətdiklərini gördü. Füzuli kimi şəhər işğaldan azad edildikdə bayraq asmağa bir salamat bina tapılmadı. İşğaldan azad edilmiş ərazilərin hər addımında terrorun, vəhşiliyin, vandalizmin acı nəticələri ilə rastlaşdıq.
BMT Təhlükəsizlik Şurasının 16 avqust tarixli iclasında görüldüyü kimi, Fransa Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibəti sərgiləyir. Rəsmi Paris Azərbaycanofobiya siyasətindən əl çəkməli və BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməməlidir. Lakin Fransanın aşkar dəstəyi də fayda vermədi. Rəsmi İrəvan Laçın-Xankəndi yolu ilə bağlı əsassız iddiasını himayədarı Fransanın aşkar dəstəyi ilə hələ 2022-ci ilin dekabrında BMT-nin müzakirəsinə çıxarmağa cəhd etsə də, ölkəmizə qarşı hansısa qərəzli qərarın qəbuluna nail olmayıb. Erməni lobbisinin, Ermənistanı aşkar şəkildə dəstəkləyən bəzi dövlətlərin qeyri-konstruktiv yanaşmasına, müzakirələrə təsir göstərmək cəhdlərinə baxmayaraq, İrəvanın gözləntiləri puça çıxıb. Bu ilk növbədə, rəsmi Bakının yürütdüyü hücum diplomatiyasının səmərəliliyini, İrəvanı informasiya müstəvisində üstələdiyinin əyani göstəricisidir.
BMT Təhlükəsizlik Şurasının son iclasında da görüldüyü kimi, Fransanın Azərbaycana qarşı bütün platformalarda sistematik xarakter almış düşmən münasibəti bəsləyir. Eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi statusundan sui-istifadə etməyə çalışır.
Əminik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni uğur zirvələrini fəth edən Azərbaycan diplomatiyası regional sülhün, əməkdaşlığın, dayanıqlı inkişafın təminatında da mühüm qərarlara imza atacaqdır.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər