Azərbaycan gəncləri Ulu Öndərin ideyalarından bəhrələnirlər
Orxan Əhmədov,
YAP Gəncə şəhər təşkilatının əməkdaşı
Dahi şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev hər zaman gənclərə qayğı göstərib, onların vətənpərvər ruhda yetişməsinə xüsusi önəm verib. Dahi şəxsiyyət, respublika rəhbərliyinə gəldiyi ilk gündən gənclərin himayədarı kimi çıxış edərək sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Ulu Öndər gənclərimizin milli ruhda tərbiyə olunmasını, milli-mənəvi dəyərlərimizin əsasında tərbiyələnməsini önə çəkərək qeyd edirdi: “Gənclərimiz bizim tariximizə yaxşı bələd olmalı, dilimizi yaxşı bilməlidir. Hər bir gənc vətənpərvər olmalıdır, vətənpərvərlik böyük məfhumdur. Bu, sadəcə orduda xidmət etmək deyil, vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik”.
Bəli, bu gün Vətən torpaqlarını işğaldan azad etmiş vətənpərvər Azərbaycan gəncləri istər idman yarışlarında, istər təhsil sahəsində millətini, dövlətini, bayrağını uğurla təmsil edirlər. Əlbətdə ki, belə bir gəncliyin yetişməsi müasir Azərbaycan tarixinin yaradıcısı Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidə mümkün olub. Məhz bunun üçün də Qalib Azərbaycanin bu gününü görən dahi şəxsiyyət deyirdi: “Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir.”
Azərbaycan Respublikasının qarşısında duran bir çox problemlərin həlli gənclərin milli vətənpərvərlik ruhunda tərbiyə edilməsindən, onlarda yüksək dövlətçilik şüurunun, mənsub olduğu millətə və dövlətə qarşı qürur hisslərinin formalaşdırılmasından çox asılıdır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Ölkə Prezidenti İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini ölkə gənclərinə diqqət və qayğısı ilə təsdiq edir.
Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait bu sahəyə böyük diqqətin nəticəsidir. Gənclər də dövlət qayğısını daim öz üzərlərində hiss edərək, nailiyyətləri ilə onlara göstərilən qayğını doğrultmağa çalışırlar. Ölkə Prezidenti cənab İlham Əliyev gənclərə olan münasibətini belə ifadə edib: “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”.
Hər bir Azərbaycan gənci Ümummilli Lider Heydər Əliyevin ideyalarını öz fəaliyyətində daim rəhbər tutur. Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında bu günün vətənpərvər, sağlam ruhlu, özünə inamlı, mübariz gəncləri Azərbaycanın müstəqilliyinin əbədi yaşaması üçün yumruğu bir hədəfə vururlar. Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan daim bizi qürurlandıran nümunəvi övladları Vətənin inkişafı üçün səylə çalışır, onlara arxalanan ölkə Prezidentinin etimadını həmişə doğruldurlar.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər