“Laçın Şəhəri Günü” həm də diplomatiyamızın qələbə günüdür
Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən biridir. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. İşğaldan öncə rayonda əsas inkişaf etmiş sahə kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq idi. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. İşğaldan öncə Laçın rayonunda fəaliyyət göstərən sənaye müəssisələri daha çox xammal növlərinin emalına əsaslanmışdı. Laçın, həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var. Rayonun dağıdılan iqtisadiyyatının bərpası və Azərbaycan iqtisadiyyatına reinteqrasiyası mümkün olacaq.
Qeyd edək ki, 1992-ci ildə Laçın rayonunu işğal ediləndən sonra 65 mindən çox sakini 30 il məcburi köçkün həyatı sürməyə məcbur olub. Hazırda rayonun əhalisinin sayı 80 mindən çoxdur. Laçın şəhərinin isə 1992-ci ildə 7 829 sakini olub. İşğaldan əvvəlki son siyahıyaalmaya əsasən, şəhərdə yaşayanların 99.1 faizi azərbaycanlılar idi. Hətta keçmiş SSRİ dövründə – 1970-ci il siyahıyaalınmasında bütövlükdə Laçın rayonunun cəmi əhalisi 63.162 nəfər olub. Burada azərbaycanlıların sayı 58.058 (95.6%), kürdlər 2.437, ermənilər cəmi 34 nəfər təşkil edib. Ermənistan işğalı nəticəsində Laçın rayonunda 13,8 min, o cümlədən, Laçın şəhərində 1340, Zabux kəndində isə 100 ev dağıdılaraq məhv edilib. Bütövlükdə rayonun işğalı nəticəsində 1 şəhər, 1 qəsəbə, 125 kənd, 13745 fərdi yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı obyekti, 109 təhsil, 142 səhiyyə, 217 mədəni-maarif müəssisəsi, 460 ticarət obyekti, 30 rabitə qovşağı ermənilər tərəfindən dağıdılaraq yandırılıb. İşğaldan sonra ilkin qiymətləndirmələrə görə işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dollar ziyan dəyib.
Vətən müharibəsində şanlı Qələbə müjdəsini Azərbaycan xalqına çatdırmaq üçün tarixi müraciətində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ifadə etdiyi “Məcburi köçkünlər yaxşı bilirlər ki, onların öz dədə-baba torpaqlarına qayıtması üçün biz əlimizdən gələni edəcəyik, işğaldan azad edilmiş bu torpaqları yenidən quracağıq” ifadəsi budəfəki səfərimiz zamanı müşahidə etdiyimiz genişmiqyaslı bərpa-quruculuq işləri ilə bir daha təsdiqini tapır. Otuz ilə yaxın müddətdə doğma yurd-yuvalarına qovuşmaq həsrəti ilə yaşayan məcburi köçkünlərimiz üçün bu mühüm obyektlərin təməllərinin atılması keçmiş məcburi köçkünlərin bu arzularının lap yaxında reallığa çevriləcəyini göstərir. Prezident, Müzəffər Ali Baş Komandanın yürütdüyü uğurlu və qətiyyətli siyasət, işğaldan azad olunan ərazilərdə fasiləsiz davam etdirilən quruculuq işləri Qarabağın və Şərqi Zəngəzurun cənnətə çevriləcəyindən xəbər verirdi.
Prezident İlham Əliyevin 26 avqust tarixində Laçın şəhərində Həkəri çayının sahilində keçirilən “Laçın Şəhəri Günü” bayram tədbirində çıxışı zamanı qeyd etdiyi kimi, 8-9 ay ərzində Laçın şəhərində quruculuq-bərpa işləri yüksək səviyyədə aparılmışdır. Həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir. Belə ki, planlaşdırmada tətbiq edilmiş “15 dəqiqəlik şəhər” prinsipi isə yaşayış məhəllələrinin, gündəlik tələbat obyektlərinin yaxın məsafədə olmasını və aşağı sürətli yol infrastrukturunun təşkilini nəzərdə tutaraq sakinlərin və qonaqların şəhər daxilində rahat hərəkətini təmin edəcək. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan qurub-yaradan xalqdır. Həmçinin Laçında 700 bina inşa edilib, onlardan 620-si fərdi yaşayış binası, 9-u çoxmənzilli binadır ki, bu da 144 mənzil deməkdir.
Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı olub. Avqustun 25-də Laçın şəhərinə yaxın ərazidə inşa ediləcək mehmanxana kompleksinin təməli qoyulub. Laçının bərpası konsepsiyasında şəhərin turizm potensialı da nəzərə alınaraq ona uyğun infrastruktur yaradılır. Laçın rayonunun sənaye zonasında mebel fabriki də inşa edilir. Azərbaycan Prezidentinin Sərəncamı ilə Laçın rayonunun 176 şagird yerlik Zabux kənd tam orta məktəbi binasının layihələndirilməsi, əsaslı təmiri və bərpasına başlanılıb.
26 avqust “Laçın Şəhəri Günü” olmaqla yanaşı, həm də diplomatiyamızın qələbə günüdür. Çünki Laçın məhz Prezident İlham Əliyevin moderatorluq etdiyi Azərbaycan diplomatiyasının peşəkarlığı sayəsində – bir güllə belə atılmadan azad olunub. Prezident İlham Əliyev bununla sübut edib ki, Azərbaycan hərbi müstəvidə olduğu kimi, diplomatik müstəvidə də kifayət qədər güclüdür və Ermənistanın bu gücə qarşı dirəniş göstərməsi, müqavimət sərgiləməsi mümkün deyil.
Bu baxımdan, 26 avqust tarixini Laçın şəhəri günü ilə yanaşı, həm də diplomatiyamızın qələbə günü kimi xarakterizə etmək mümkündür. Şübhəsiz, diplomatiyamızın əldə etdiyi bu zəfərin arxasında güclü Azərbaycan Ordusu faktorunun dayandığı birmənalıdır və bu gerçək gücə söykənən diplomatiyanın nə qədər effektiv olduğuna ən böyük isbatıdır.
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər