Azərbaycanın bütün addımları legitimdir, hüquqidir və ədalətlidir
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində qeyd etdiyi kimi əməliyyatın uğurlu gedişatı təbii ki, Ermənistan dövlətini və onun himayəsi altında fəaliyyət göstərən qanunsuz xunta rejimini ciddi təşvişə salmışdır. Əməliyyatdan bir qədər sonra bizə vasitəçilər tərəfindən müxtəlif qeyri-müəyyən siqnallar gəlməyə başlamışdır və bizim Silahlı Qüvvələrimizin uğurlu irəliləyişi nəticəsində bu siqnallar daha intensiv xarakter almışdır.
Sentyabrın ayının 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak olumdur. Həmin gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak olmuş və yaralanmışdır.Məhz buna cavab olaraq Azərbaycan Qarabağ bölgəsindəki qanunsuz erməni hərbi birləşmələrinə qarşı antiterror tədbirlərinə başlamışdır. Ermənistan Azərbaycan üçün başqa seçim qoymadı. Keçirilən antiterror tədbirlər barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin rəhbərliyi məlumatlandırıldı. Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olundu. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstərildi, onlar içməli su və ərzaqla təmin olundular. Antiterror əməliyyatı 23 saat 43 dəqiqə davam etdikdən sonra Ermənistan Ordusu Azərbaycanın bütün tələblərini qəbul etdi, Çarəsiz qalan qanunsuz erməni silahlı dəstələri antiterror tədbirlərinin dayandırılması üçün ağ bayraq qaldıraraq təslim oldular. Bu bir daha Azərbaycan Ordusunun gücünü, qüdrətini göstərdi.
Azərbaycan xalqı heç vaxt ümidini itirmədi, torpaqlarımızın azad olunacağına həmişə inandı. Bu inamı təmin edən, onu gücləndirən isə Prezident İlham Əliyevin yürütdüyü müdrik, düzgün siyasət oldu. Xalqımız hər zaman əmin idi ki, dövlətimizin yüksəlişinə xidmət edən bütün məqsədlərə əzmkarlıqla çatan Prezidentimiz torpaqlarımızı da işğaldan azad edəcəkdir. Cənab İlham Əliyev daim bəyan edirdi ki, Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına imkan verməyəcəkdir.
Prezidentimiz yürütdüyü uzaqgörən siyasət nəticəsində torpaqlarımızın azad edilməsi üçün uyğun tarixi şəraiti formalaşdırdı. Bu illər ərzində Ermənistan danışıqlar prosesində imitasiya ilə məşğul olanda, öz ordusu barədə miflər yaradanda Ali Baş Komandanımız ordumuzun döyüş imkanlarını gücləndirdi, genişmiqyaslı təlimlərlə peşəkarlığını artırdı, vətənpərvərlik hissi və milli həmrəyliyimizi davamlı olaraq möhkəmləndirdi. Eyni zamanda, beynəlxalq səviyyədə Ermənistanın ifşa olunması ilə bağlı həyata keçirilən fəaliyyət Azərbaycana qarşı məkrli cəbhənin mövqelərini sarsıtdı.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər