Göygöl Futbol Klubunun MƏLUMATI

Göygöl Futbol Klubunun MƏLUMATI

4 oktyabr 2023-cü il tarixində “Sportinfo.az” (Sportinfo.Az) saytında dərc olunan, daha sonra digər media qurumlarının marağına səbəb olan, “Göygöl” Futbol Klubunun “SAXTAKARLIĞA” yol verməsi ilə bağlı yayılan xəbərlər həqiqəti əks etdirmir. Bu məlumatın kluba müraciət etmədən, qarşı tərəfin mövqeyi öyrənilmədən, doğru araşdırma aparılmadan yazılması təəssüf hissi doğurur.

Qeyd olunan xəbərdə adı çəkilən futbolçu - Fərid Məmmədovun “Şəmkir” Futbol Klubu ilə müqaviləsinə 20 sentyabr 2023-cü ildə xitam verilib. Bundan sonra tərəfimizdən onunla 28 sentyabr 2023-cü il tarixindən 1 iyul 2024-cü il tarixinədək dövrü əhatə edən, futbolçunun “Göygöl” FK-da oynamasına imkan verən həvəskar futbolçu müqaviləsi imzalanıb. Müqavilə imzalanan tarixdən etibarən futbolçu ilk matçına çıxaraq qola imza atıb.

İlk günümüzdən atdığımız addımlar zamanı qaydalardan kənara çıxmamış, yarışın əsasnaməsi, eyni zamanda ruhu və nüfuzuna xələl gətirəcək heç bir çalışma etməmişik, bundan sonra da bu cür davam edəcəyik. Media qurumlarını inkişaf yolunda olan klubumuzun peşəkar fəaliyyətinə və ölkədə aparılan futbol islahatlarına əsaslandırılmamış məlumatlarla kölgə salmamağa çağırırıq.

Ehtiyac olduğu təqdirdə oyunçu ilə bağlanan müqavilənin təfərrüatları ictimaiyyətə təqdim oluna bilər.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR