Azərbaycan hər zaman ümumbəşəri dəyərlərə sadiqliyini göstərib
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
Prezidenti İlham Əliyev sentyabrın 29-da Zəngilanda keçirilən “Davamlı şəhərlər iqtisadi inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi” mövzusunda 2-ci Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı söylədiyi kimi: “Bizə qarşı etnik təmizləmə, işğal və ərazilərimizin məhvi həyata keçirilib”, “Otuz il ərzində bir milyondan çox azərbaycanlı evlərindən didərgin salınıb. Onların 200 mindən artığı hazırkı Ermənistan ərazisindən sürgün edilib. Bizim şəhərlərimiz, kəndlərimiz darmadağın edilib. 30 il ərzində işğalçı qüvvələr bizə buraya qayıtmağa imkan vermirdi”.
Danılmaz həqiqətdir ki, 30 ilə yaxın müddət ərzində Azərbaycan münaqişənin sülh yolu ilə həll olunması üçün mümkün olan bütün vasitələrdən istifadə olunmasına çalışıb. Belə ki, erməni tərəfinin davamlı qeyri-konstruktiv mövqe göstərməsinə baxmayaraq, Azərbaycan daim diplomatik həll variantına üstünlük verib və danışıqlar prosesində fəal iştirak edib. Hərbi potensialının Ermənistanla müqayisədə əhəmiyyətli dərəcədə yüksək olmasına baxmayaraq, Azərbaycan hər zaman beynəlxalq hüququn prinsiplərinə, ümumbəşəri dəyərlərə sadiqliyini göstərib, münaqişənin sülh yolu ilə tənzimlənməsində maraqlı olduğunu öz konstruktiv mövqeyi ilə təsdiq edib.
Təəssüf ki, BMT Təhlükəsizlik Şurasının məlum dörd qətnaməsi, eləcə də BMT Baş Assambleyası, Avropa Parlamenti, İslam Konfransı Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dair qəbul edilən sənədlərin icra olunmaması münaqişənin sülh yolu ilə nizamlanmasına imkan verməyib.
Bu dövr ərzində münaqişənin həlli məqsədilə keçirilən danışıqlarda erməni tərəfi hər dəfə texniki məsələləri və danışıqların formatının dəyişdirilməsini qəsdən gündəmə gətirməklə, eyni zamanda, cəbhəboyu ərazilərdə və hətta Azərbaycan – Ermənistan dövlət sərhədi istiqamətində davamlı təxribatlar törətməklə danışıqlar prosesinə xələl gətirməyə, problemin həllindən diqqəti yayındırmağa, beynəlxalq hüquq normalarına və prinsiplərinə məhəl qoymadan işğala və təcavüzə əsaslanan status-kvonu qorumağa çalışıb. Zəbt olunmuş tarixi Azərbaycan torpaqlarında qeyri-qanuni məskunlaşma aparmaqla, tarixi, dini və mədəni abidələri talan etməklə, qədim yaşayış yerlərinin adlarını dəyişdirərək tarixi saxtalaşdırmaqla, iqtisadi və təbii resursları qanunsuz mənimsəməklə, böyük həcmdə hərbi texnika və qoşun cəmləşdirməklə və digər kriminal fəaliyyətlər həyata keçirməklə işğalçı dövlət faktiki olaraq danışıqları imitasiya etdiyini və yeni ərazi iddialarında olduğunu nümayiş etdirib.
Azərbaycan xalqının böyük ruh yüksəkliyi şəraitində davam edən Vətən müharibəsində qazanacağımız şanlı qələbə müasir tariximizin yeni səhifələrini açıb Bu məsələ ilə bağlı yaşadığımız parlaq qələbələrin memarı olan Prezidentimizin sözləri daima əbədi olaraq hər kəsin yaddaşında qalacaqdır:”Qarabağ Bizimdir” “Qarabağ Azərbaycandır!”
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər