Aqrar sahə hər zaman önəmli olub: Bu gün də belədir
Ta qədimlərdən torpaq ruzi çeşməsi, bərəkət mənbəyi hesab edilir. Dini dəyərlərimizdə, elmi inkişafımızda bu amil həmişə əsas götürülüb. Torpağı əkib-becərməyin, məhsuldarlığının ilbəil artırılmasının yolları axtarılıb. Bunlar da zaman-zaman bəhrəsini verib. Yanaşma indi də belədir. İndi kənd təsərrüfatının özəyini təşkil edən torpağın becərilməsi daha çox innovativ yanaşma tələb edir. Sirr deyil ki, qlobal iqlim dəyişikliyi, mənşəyi bilinməyən xəstəliklər, eləcə də qəfil baş verən təbii fəlakətlər aylarla çəkilən zəhməti bir andaca məhv edə bilir. Deməli kənd təsərrüfatı həm də riskli bir sahədir. Heç kim, heç kəs bu sahədən sığortalanmayıb. Amma bütün bunlara baxmayaraq aqrar sahənin inkişafına elmi yanaşma kimyəvi və üzvi preparatlardan zamanında və düzgün istifadə əksər vaxt ümidləri doğruldur, məhsuldarlığı artırır.
Ölkəmizdə kənd təsərrüfatının günü-gündən inkişaf etməsi, bu sahəyə göstərilən dövlət qayğısı yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssislərin yetişməsini də vacib edir. Cənab Prezident İlham Əliyev kənd təsərrüfatı sahəsində müasir texnologiyaların tətbiqi və bu işdə gənc kadrların hazırlanması məsələləri barədə bu fikirləri səsləndirib: "Bu sahədə aparılan islahatlar sayəsində biz daha çox gəncin kənd təsərrüfatı üzrə mütəxəssis olmaq istədiyini və Aqrar Universitetdə bu peşəni seçmək istəyən gənclərin sayının artdığını görürük. Biz yeni elektron kənd təsərrüfatı sistemini həyata keçiririk. Bu, artıq bizə həyatımızın və iqtisadiyyatımızın mühüm sahəsinin səmərəliliyini artırmağa çox kömək edir. Çünki ölkə əhalisinin demək olar ki, 50 faizi kənd yerlərində yaşayır. Beləliklə, əminəm ki, bu, bizim birgə həyata keçirə biləcəyimiz çox mühüm yeni layihə ola bilər. Ümumilikdə, Azərbaycan yeni texnologiyalara, innovasiyalara hazırdır. Biz artıq bunun üçün əhəmiyyətli insan kapitalı yaratmışıq və bizim dövlət xidmətləri, sosial xidmətlərlə bağlı texnologiyalarımız bu gün bəzi başqa ölkələr tərəfindən istifadə olunur. Ona görə də biz yeni texnologiyalara tam açığıq, çünki onlar yeni miqyasa, dinamizmə, tərəqqiyə, iş yerlərinə və rifaha gətirib çıxarır". Bu gün, Prezident İlham Əliyevin göstərdiyi yol xəritəsi ilə Aqrar Universitet qarşıya qoyulan hədəflərə doğru uğurlu addımlarla irəliləyir.
Təhsil proseslərinin və idarəetmənin daha da təkmilləşdirilməsi və beynəlxalq standartlara cavab verməsi üçün ADAU heyəti son bir ildə rəqəmsal universitetə keçid prosesində əvəzsiz işlər görüb. Kifayət qədər böyük idarəetmə massivi tələb edən ADAU-nun idarəetmə sistemi universitetin fəaliyyətinin idarəedilməsinin elektronlaşdırılmasını tələb edir. Təbii ki, elektronlaşma universitetdə strateji idarəetmənin təşkili və operativ reaksiyaların verilməsi üçün olduqca vacibdir. Hazırda demək olar ki, proses yekunlaşma mərhələsindədir. Daha sonra isə 6500-dən çox tələbənin akademik fəaliyyətinin həyata keçirilməsi üzrə tədrisin təşkili, seçmə fənlərin təyin olunması, əvvəlki illərdən akademik borcu yaranmış tələbələrin alt və fərdi qruplarda yerləşdirilməsi, akademik fəaliyyəti haqqında elektron arayış və transkriptlərin verilməsi, adambaşına maliyyələşmə prinsipi əsasında təhsil haqqı ödənişi və təqaüd məbləğlərinin müəyyənləşdirilməsi – bir sözlə bütün proseslər elektron həyata keçiriləcəkdir.
Bununla yanaşı Universitet rəhbərliyi uğurlu kadr potensialının əldə olunmasında kənd təsərrüfatı müəssisələri ilə əməkdaşlığa böyük önəm verir. Təkcə, 1 il ərzində 20-dən çox müəssisə rəhbərliyi görüşlər keçirilib. Bunlar arasında “GP İmişli Cotton” MMC, “Şərqi CO LTD” MMC, “AgroFood” MMC, “AgroTradeSupply” MMC, “Azərtütün” ASC və “Tabaterra Leaf” QSC, “IBC İrrigation Systems”, “Parlar” beynəlxalq fidan şirkəti və digər şirkətlərin nümayəndələri də olmaqla birgə tədqiqat işlərinin aparılması, seminar və təlimlərin keçirilməsi, tələbələr üçün təcrübə proqramlarının təşkili həmçinin, məzunların işə qəbul prosesi kimi bir çox məsələlər qarşılıqlı əməkdaşlıq çərçivəsində müzakirə olunub.
Təkcə onu göstərmək kifayətdir ki, Azərbaycan Dövlət Aqrar Universtietinə son illərin ən yüksək qəbul göstəricisi bu il 2023/2024-cü tədris ilində 94.77% olub. Buda abituriyentlərin aqrar təhsilə, kənd təsərrfatı sahəsinə marağının artmasının bariz nümunəsidir. Təbii ki, bu uğurun əsasını maddi imkanlar və yaradılan təhsil şəraiti təmin edir. Heç təsadüfi deyilməyib ki, yüksək təhsil əldə etmək yüksək şəraitdən keçir. Dövlətin xüsusi qayğısı, cənab Prezident İlham Əliyevin aqrar sahəyə son dərəcə əhəmiyyətli bir sahə kimi yanaşması bu gün ADAU-da da özünü göstərir. Kənd təsərrüfatı ixtisaslarının dövlət tərəfindən maliyyələşməsi, dövlət tərəfindən əlavə təqaüdlərin verilməsi, yeni tədris korpusunun və tələbə evlərinin istifadəyə verilməsi dilə gətirdiyimiz uğurun əsasını təşkil edir. Bu isə o deməkdir ki, aqrar sahənin inkişafı dövlətin qarşısında duran ən vacib məsələdir, işin uğurla icrasında Aqrar universitetin komandasının zəhməti danılmazdır.
Elcan Məmmədov
AZƏRTAC
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər