Hacı Tahir Abbasovun cənab İlham Əliyevin Prezident seçilməsinin 20-ci ildönümü münasibətilə müraciəti
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevə
Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının üzvü, Qərb bölgəsi üzrə Qazi, İmamzadə ziyarətgahının imamı Hacı Tahir Abbasovun
Müraciəti
Möhtərəm Prezident, cənab Ali Baş Komandan!
Sizə siyasətinizi dəstəkləyən, dua edən, Sizin rəhbərliyinizlə Azərbaycanımızın tərəqqisinə, daha qüdrətli dövlətə çevriləcəyinə inanan bir şəxs kimi müraciət edirəm. Xatırlatmaq istəyirəm ki, Siz hələ 2003-cü ildən əvvəl ölkəmizdə keçirilən parlament seçkiləri zamanı Yeni Azərbaycan Partiyasının sədr müavini kimi Gəncə şəhərinə səfər etmişdiniz. Həmin vaxt Gəncə şəhərinin və ətraf bölgələrin əhalisinə, millətimizə, xalqımıza, dövlətimizə, şəhidlərimizin ruhuna və onların ailə üzvlərinə böyük hörmət əlaməti olaraq səfərinizə Şəhidlər Xiyabanından başladınız. Bu Sizin Vətənə bağlılığınıza, torpağa sevginizə, azadlıq və istiqlaliyyətimizə, gələcək böyük qələbəmizə işarə idi.
Cənab İlham Əliyev!
Allah Sizi xalqımıza bir nemət olaraq - 30 illik işğala son qoymaq üçün yetirmişdir. Eyni ilə Azərbaycan parçalanmaq üzrə olanda, şəhər və kəndlərimiz işğal ediləndə, xalqımız soyqırıma məruz qalanda, ölkəmizdə vətəndaş müharibəsi başlamaq üzrə olanda Allahın böyük qüdrəti ilə böyük xilaskar Heydər Əliyev Azərbaycanın harayına çatdı, onu böyük təhlükələrdən xilas etdi. Ulu Öndər Heydər Əliyev dar günlərdə hər zaman xalqımızın köməyinə çatmışdır.1990-cı il 20 Yanvar hadisələrində dünyaya xalqımızın səsini çatdırmışdır. Uca Allah işğal altında olan torpaqlarımızı azad etməyi Heydər Əliyevin vəsiyyətini həyata keçirməyi Sizə nəsib etmişdir.
Möhtərəm Prezident!
Siz 2003-cü ildə keçirilən Prezident seçkisində də Gəncə şəhərinə səfər etdiniz. Bu zaman Gəncə şəhərindəki Şah Abbas məscidinin həyətində - Cavad xanın məzarının yanında Sizinlə görüşümüz oldu. Orada Sizin gələcək qələbələrinizə, qalibiyyətinizə dua edib, böyük inanımı bildirdim. O gündən hər zaman tədbir və dini mərasimlərdə Sizə dua edir, işğal altında olan ərazilərimizin Sizin komandanlığınızla tezliklə azad edilməsini Uca Yaradandan arzulayırdım. Allaha şükürlər olsun ki, istək və dualarımız yerinə yetdi, haqq-ədalət öz yerini tapdı, Sizin komandanlığınız altında torpaqlarımız işğaldan azad olundu, düşmən layiqli cəzasını aldı, şəhidlərimizin qanı yerdə qalmadı.

20 illik prezidentliyiniz dövründə, hər il müqəddəs Məhərrəm ayında keçirilən Aşura mərasimlərində on minlərlə insanın qarşısında tam inamla xalqımıza müraciət edərək Sizin qalib, fateh rəhbərliyinizlə Azərbaycanın qələbə çalacağını, işğaldakı torpaqlarımızın azad olunacağını əminliklə qeyd edərək bu barədə xütbələr söyləyir və dualar edirdim. Allahın böyüklüyünə şükürlər olsun ki, ədalət qələbə çaldı. Sizin sayənizdə Azərbaycan böyük qələbəyə nail olub. Əldə olunmuş qələbə təkcə Azərbaycanın yox, bütün Türk dünyasının, bütün tərəqqipərvər bəşəriyyətin qələbəsi, eyni zamanda Cənubi Qafqazda sülhün müjdəçisidir. Bu qələbə işğaldan əziyyət çəkən bütün millətlər üçün örnəkdir.
Cənab Prezident!
Prezident kimi 20 illik fəaliyyətinizə görə Sizi təbrik edirəm! “Nəyi, necə, ne vaxt etmək lazımdır, Bunu mən bilirəm” ifadələri son antiterror əməliyyatlarında bir daha Sizin uzaqgörən siyasətinizin bariz nümunəsi kimi xalqımızı sevindirdi. Sizə Qarabağda və ətraf bölgələrdə başlanmış böyük bərpa-quruculuq işlərində, Azərbaycanın daha da inkişafı istiqamətində fəaliyyətinizdə və dövlətimiz üçün davam etdirdiyiniz bütün işlərdə böyük uğurlar arzu edirəm.
Böyük hörmət və ehtiramla, Hacı Tahir Abbasov.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər