Ulu Öndərin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini möhkəmləndirməyə başladı
Bu il anadan olmasının 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Ümummilli Lider Heydər Əliyevin müasir Azərbaycan tarixində müstəsna rolu və yeri vardır. 1969-cu ildən etibarən Azərbaycana rəhbərliyi dövründə böyük öndərimiz dövlətimizə və xalqımıza misilsiz xidmətlər göstərib. Hələ sovetlər dövründə respublikamıza rəhbərliyi zamanı Azərbaycanı sosial-iqtisadi cəhətdən sıçrayışlı inkişaf yoluna çıxaran Heydər Əliyev eyni zamanda milli oyanışın, müstəqil dövlət yolunda addımların təməllərini atmış oldu. Məhz bu amil 1990-cı illərin sonlarında Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsində müstəsna rol oynadı.
Müstəqilliyimizin ilk illərində hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi nəticəsində Azərbaycan qazandığı müstəqilliyi itirmək təhlükəsi ilə üz-üzə qaldı. Lakin xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev misilsiz qətiyyəti, polad iradəsi, dərin zəkası sayəsində respublikanın üzləşdiyi bütün təhlükələri dəf etdi və Azərbaycanın müstəqilliyinin əbədi və dönməzliyini təmin etdi. İlk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparılmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdi. Ulu Öndərimiz müstəqil Azərbaycan dövlətinin
təməl prinsiplərini müəyyənləşdirdi. Beləliklə, Heydər Əliyevin dövlətçilik fəlsəfəsi bu gün güclü, müstəqil Azərbaycanın əsaslarını təşkil edən mühüm amillər sırasındadır.
O dövrdə Azərbaycan Prezidenti kimi Heydər Əliyevin əsas vəzifəsi Ermənistanın işğalçılıq siyasətinə son qoyulması və ərazi bütövlüyünün təmin edilməsi idi. Ulu Öndərimiz bütün xarici səfərlərində, eləcə də ölkəmizə səfər edən əcnəbi qonaqlarla görüşlərində bu məsələni xüsusi vurğulayırdı. Məsələn, Heydər Əliyev 14 iyul 1995-ci ildə Azərbaycanda rəsmi səfərdə olan Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Vladimir Şumeykonun şərəfinə təşkil edilən qəbulda çıxışı zamanı qeyd etmişdi: “Biz sülhsevər ölkəyik, Azərbaycan xalqı sülhsevər xalqdır. Biz bütün xalqlarla xüsusən də həmsərhəd, qonşu olduğumuz, tarixən ənənəvi əlaqələr saxladığımız ölkələrlə, xalqlarla dostluq qonşuluq və qarşılıqlı anlaşma şəraitində yaşamaq istəyirik. Bununla yanaşı, hamı bilməlidir ki, biz heç kimə bir qarış da olsun, torpağımızı güzəştə gedə bilmərik. Əgər dünya həqiqətən beynəlxalq hüquq normalarını tanıyırsa, əgər dünyada insan hüquqları real şəkildə qorunursa, onda heç kəs Azərbaycanın bu gün düşdüyü vəziyyətlə razılaşmamalıdır”. Ulu Öndərimiz dövlət başçısı kimi fəaliyyətində bu prinsipial mövqeyini davam etdirdi, bri qarış torpağımız güzəştə gedilmədi. Heydər Əliyev ölkədə ordu quruculuğuna xüsusi diqqət yetirdi, müasir silahlı qüvvələrin yaradılması istiqamətində mühüm işlər gördü. Bu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə 44 günlük müharibə nəticəsində torpaqlarımız işğaldan azad edildi.
Ulu Öndər hakimiyyətə qayıtdıqdan sonra xarici siyasətin müəyyənləşdirilməsinə də xüsusi diqqət yetirdi. Belə ki, müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yeri, Avropa ölkələri və ABŞ ilə, yeni müstəqil dövlətlər, türkdilli dövlətlər və Türkiyə ilə, müsəlman dünyası, nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrinin yaxın dövr üçün prioritetləri müəyyənləşdirildi və tədricən həyata keçirilməyə başlandı. Qısa müddət ərzində bir çox ölkələrlə qarşılıqlı səmərəli əməkdaşlıq quruldu. Heydər Əliyevin balanslaşdırılmış xarici siyasəti sayəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirməyə başladı, ölkəmiz Cənubi Qafqazın lokomotiv dövlətinə çevrilməyə nail oldu. Ulu Öndərin çoxsaylı xarici səfərləri, ikitərəfli və beynəlxalq səviyyədə imzalanmış mühüm saziş və sənədlər, beynəlxalq və regional təşkilatlarla aparılan gərgin iş ölkəmizin inkişafının sürətləndirilməsinə mühüm töhfəsini verməyə başladı. Heydər Əliyevin təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının qurumları, Avropa İttifaqı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası və digər beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq yaradıldı.
20 sentyabr 1994-cü il tarixində “Əsrin müqaviləsi” sənədinin imzalanması dünyanın böyük ölkələrinin Azərbaycana inamının artmasına, Azərbaycana etibarlı investisiya axınının sürətlənməsini və qarşılıqlı tərəfdaş kimi danışmaq imkanları təmin olundu. Bütün bunların sayəsində Azərbaycanın iqtisadi müstəqilliyinin əsası qoyuldu. Belə bir ağır şəraitdə yaranmış son dərəcə çətin vəziyyəti aradan qaldırmaq və düşünülmüş siyasət yürütmək həyati və tarixi zərurətə çevrilmişdi. Heydər Əliyev siyasətə kompleks yanaşmanın, xarici və daxili siyasəti vəhdətə götürməyin, iqtisadi mənəvi aspektlərini vəhdətdə təqdim etmənin canlı nümunəsi idi. Həqiqətən də, çətin dövrdə bu işləri yalnız böyük dövlət xadimi həyata keçirə bilərdi. Ulu Öndərin dediyi kimi, “Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan”.
Beləliklə, Ulu Öndər Heydər Əliyev polad iradəsi, məntiqi mühakiməsi, düşündürücü fikirləri ilə dünyada gedən prosesləri və siyasəti qabaqlamaq qüdrətində idi. Böyük dövlət adamı Heydər Əliyev bütöv, ideal şəxsiyyət, görkəmli siyasətçi kimi gələcək nəsillərə örnək, siyasət məktəbidir. Bu gün müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin liderliyi ilə ölkəmiz möhtəşəm zəfərlər qazanır və Azərbaycan dövləti Ümummilli Liderin həmişəyaşar ideayaları əsasında uğurla inkişaf edərək yeni zirvələr fəth edir.
Pərvin Kərimzadə
Millət vəkili
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər