Ölkəmizin beynəlxalq statusu durmadan artır

Ölkəmizin beynəlxalq statusu durmadan artır

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri


Otuz ilə yaxın yağı düşmənin tapdağı altında qalan Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri möhtəşəm tədbirlərin keçirildiyi məkana çevrilib. 44 günlük Vətən müharibəsindən sonra Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə vandalların vurduğu maddi -mənəvi zərbələr qısa müddətdə aradan qaldırılaraq, başdan-başa quruculuq meydanına çevrilən Şuşada yüksəksəviyyəli, yaddaqalan tədbirlər düzənlənir. Oktyabrın 10-da isə Qarabağın tacı İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasına ev sahibliyi etdi. Eyni zamanda, İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı Şuşada Nazirlər Şurasının 27-ci iclasının keçirilməsi simvolik əhəmiyyət daşıyırdı.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iclas iştirakçılarına ünvanladığı müraciətdə qeyd edildiyi kimi: “Xalqımız Azərbaycanın suverenliyini, konstitusiya quruluşunu bərpa etməsinin sevincini, qürurunu yaşayır. Otuz ildən sonra ərazilərimizdə mövcud olan “boz” zonanın aradan qaldırılması, separatizmə son qoyulması beynəlxalq hüququn və ədalətin təntənəsidir”.

Ölkə Başçımız postmünaqişə dövründə bölgədə yaranmış əməkdaşlıq perspektivlərinə, ölkəmizin təşəbbüsü ilə İƏT-in illik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” olaraq müəyyən edildiyinə, Azərbaycanın milli, beynəlxalq səviyyədə bu istiqamətdə ardıcıl addımlar atdığına diqqəti yönəldib. İşğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılmasının qeyd olunan istiqamətlərdə görülən işlərin təcəssümü olduğunu vurğulayan Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycanın İƏT-də sədrlik mövzusunun “Yaşıl keçid və qarşılıqlı bağlantılar” kimi müəyyən edilməsi hazırkı dövrdə xüsusi aktuallıq kəsb edir. Dekarbonlaşma, “yaşıl enerji” növlərinin artırılması kimi məsələlər ölkəmizin dayanıqlı inkişaf gündəliyinin əsasını təşkil edir. Eyni zamanda “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma və bərpa işləri “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına uyğun olaraq həyata keçirilir.

Sözsüz ki, nüfuzlu tədbirlərin Şuşada keçirilməsi ilk növbədə ölkəmizin artan beynəlxalq statusundan xəbər verir. İqtisadi Əməkdaşlıq Təşkilatının fəal üzvü olan Azərbaycan təşkilata üzv olan dövlətlərlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Daim sülhün tərəfdarı olan Azərbaycan bölgədə sülh təşəbbüslərinin müəllifi olmaqla yanaşı hər zaman əməkdaşlığa açıq olub.

Azərbaycanın tarixi şəhərində reallaşan İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasında bölgədə mövcud vəziyyət və postmünaqişə dövrünün reallıqları, ölkələrimizlə yanaşı, regionun davamlı inkişafı və rifahı naminə yeni əməkdaşlıq imkanları müzakirə edilib.
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR