Böyük Qayıdış proqramı uğurlu icra edilir
Ümid Şükürov,
Gəncə Sukanal TSC-nin Su anbarlarının və nasos qurğularının istismarı sahəsinin rəisi, YAP Gəncə şəhər 152 saylı ərazi partiya təşkilatının sədri, Gəncə şəhər Kəpəz Bələdiyyəsinin üzvü
2020 -ci il sentyabrın 27-də rəşadətli Azərbaycan ordusu Ermənistanın növbəti təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Cəmi 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrimiz ərazi bütövlüyümüzü bərpa etdi.
İkinci Qarabağ müharibəsində kənd, qəsəbə, şəhər və strateji əhəmiyyətli yüksəkliklərin düşmən tapdağından azad edilməsi ilə Azərbaycan böyük tarixi nailiyyətə imza atdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, iradəsi, ordumuzun qəhrəmanlığı nəticəsində 30 illik işğala son qoyuldu. Bu tarixi zəfərimiz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazanıldı. 44 günlük Vətən müharibəsi tariximizə qızıl hərflərlə həkk olundu. Tarixi Zəfər Azərbaycan Ordusunun əsgər və zabitinin özünü Vətən uğrunda fəda etməyə və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olduğunu bir daha təsdiqlədi.
Vandal ermənilər 30 illik işğal altında saxladıqları ərazilərimizdə mədəni irsimizi, tarixi həqiqətləri silməyə cəhd etmişlər. Bu illər ərzində həmin yerlərdə haylar tərəfindən heç bir tikinti yaxud quruculuq işləri həyata keçirilməyib. Çünki düşmən çox yaxşı bilirdi ki, Qarabağ Azərbaycanın əzəli torpağıdır və bu həqiqəti heç nə dəyişə bilməz.
Müharibədən dərhal sonra Azərbaycan işğaldan azad olunmuş ərazilərin bərpasına başladı. Bölgədə sürətlə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, təməli qoyulan kəndlər, şəhərlər Qarabağın və Şərqi Zəngəzurun tezliklə ölkəmizin çiçəklənən diyarına çevriləcəyindən xəbər verir. Beynəlxalq hava limanlarının tikintisi ilə işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı təmin ediləcək. Yenidənqurma işləri arasında Ağdam-Xankəndi yolunun bərpası da vacib məsələlərdəndir. 26 km uzunluğunda olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, Xankəndiyə ən qısa məsafə hesab olunur. Bundan başqa, Ağdam-Xankəndi yolu Qarabağda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Sözügedən yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonunun inkişafına töhfə verəcək.
Prezident İlham Əliyevin cari ilin 17 oktyabr tarixində “Füzuli şəhəri günü”ndə Füzuli şəhərinə köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə qeyd etdiyi kimi, Böyük Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda- 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda yaşayacaq, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan yaşayacaq. Yəni,bu,belə demək mümkündürsə,ən minimal göstəricidir. Mən əminəm ki, bundan daha böyük sayda insanlar məskunlaşacaqlar.
Qarabağın “yaşıl enerji” zonası elan edilməsi müasir texnologiyalar əsasında infrastrukturun yaradılması istiqamətində mühüm işlərdəndir. Yaşayış massivlərinin məhz “ağıllı kənd” konsepsiyası əsasında reallaşdırılması yenidənqurma işlərinin modernliyinin göstəricisidir. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramının uğurlu icrasına nail olmaq məqsədilə azad edilmiş ərazilərdə keçmiş məcburi köçkünlərin daimi məskunlaşmasının təmin edilməsi, həmin ərazilərin cəmiyyətin ən sağlam, müasir və abad yaşayış mühitinə çevrilməsi, müasir prinsiplərə əsaslanan komfortlu yaşayış mühitinin yaradılması əsas tələblərdəndir.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər