Füzuli şəhəri 30 il əvvəlki axarına qayıdır

Füzuli şəhəri 30 il əvvəlki axarına qayıdır

Bayram Aslanov,

YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri


Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan qüdrətli ordumuzun 44 günlük Vətən müharibəsindəki şanlı Zəfəri hər bir Azərbaycanlının qüruru, fəxridir. 44 günlük Vətən Müharibəsinin şanlı qələbəsi əzəli-əbədi torpaqlarımızı düşmənin işğalından azad etdi və dünyaya Azərbaycanın gücünü, qüdrətini nümayiş etdirdi.

Qalib xalqımız Azərbaycan Ordusunun 3 il əvvəl 44 gün ərzində böyük zəfərlərə imza atdığı tarixi Qələbənin ildönümünü qeyd edir. Azərbaycanın üçrəngli müqəddəs bayrağı Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə dalğalanır və əbədi olaraq dalğalacaq

Ölkə Prezidentimiz cənab İlham Əliyevin oktyabr 17-də “Qarabağın Şərq qapısı” Füzulinin “Şəhəri günü”ndə yeni inkişaf mərhələsini yaşayan qəhrəman şəhərin sakinləri ilə görüşü dövlətimizin gücünün, qüdrətinin daha bir göstəricisi idi. Bütün azad olunmuş torpaqlar kimi, dağıdılmış, virana, talana, dağıntıya məruz qalan Füzuli rayonunun bərpası, yenidən qurulması, 30 il əvvəlki axarına qaytarılması Zərəf yolunda inamla irəliləyən Azərbaycanın xoş niyyətinin təcəssümünün nümayişi oldu.

“Necə də gözəl bir gündür. Siz mənə “Xoş gəlmisiniz!” deyirsiniz. Mən işğal dövründə həm füzulililərlə, həm digər rayonlardan olan keçmiş köçkünlərlə görüşlərdə dəfələrlə deyirdim ki, gün gələcək, siz mənə “Xoş gəlmisiniz!” deyəcəksiniz və bu gün gəldi. Bu gün Füzulidə bayram günüdür, şəhər günüdür və eyni zamanda, Füzuli şəhərinin işğaldan azad olunmasının üçüncü ildönümüdür. Bu münasibətlə sizi ürəkdən təbrik edirəm, sizə cansağlığı arzulayıram.” Qalib Prezidentimizin qürurla söylədiyi bu sözlər Müzəffər Ali Baş Komandanın nəyi, necə, nə vaxt etmək lazım olduğunu yaxşı bildiyinin daha bir real mənzərəsidir.

Düşmən işğalından azad olunanda ücrəngli bayrağımızı qaldırmağa salamat binası tapılmayan Füzuli indi tamamilə yenidən qurulur. İllərdir əsl sahibinə həsrət qalan torpaqlartımız kimi Füzulidə də həyat yenidən canlanır. Yeni siması göz oxşayan, çiçəklənən Füzulidə bu gün işğaldan azad olunmuş digər bölgələrimiz kimi, kəndlər, qəsəbələr yenidən qurulur, evlər, məktəblər, xəstəxanalar tikilir, avtomobil və dəmir yolları çəkilir. Hazırda 800-dən çox Füzuli sakini öz doğma yurdlarına dönüş sevincini yaşayırlar. Sevindirici haldır ki, Qayıdış Proqramımızın birinci mərhələsinin sonunda – 2026-cı ilin sonunda 22 min insan Füzuli rayonunda, bütövlükdə isə Qarabağ və Şərqi Zəngəzurda 140 min insan öz dədə-baba ocaqlarında məskunlaşacaqlar.

Heç vaxt işğalla barışmayan, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyinə inan Azərbaycan xalqının arzusu Prezident cənab İlham Əliyevin dönməz iradəsi, Azərbaycan əsgərinin döyüş ruhu sayəsində reallığa çevrildi. “Dəmir yumruq” əməliyyatı, xalqımızın birliyini, ordumuzun gücü, əsgərlərimizin rəşadəti, Vətən sevgisi parlaq qələbəmizi təmin etdi. Uzun illər davam edən münaqişənin acı nəticələrini, misli-bərabəri olmayan erməni vəhşiliyini, tarixdə görünməmiş vandallığı özündə əks etdirən Füzuli şəhəri Prezident İlham Əliyevin siyasi iradəsi, milli birliyimiz ilə yeni simasına qovuşur. Müzəffər Ali Baş Komandan tərəfindən Cuvarlı, Qoçəhmədli kəndlərinin, Füzuli şəhərində idman kompleksinin, ikinci, üçüncü, yaşayış komplekslərinin, 240 yerlik uşaq bağçasının, inzibati binanın təməlinin qoyulması azadlığına qovuşan bölgələrimizdən dünyaya ünvanlanan mesaj idi. Bu torpaqlar bizimdir, bu torpaqlarda Azərbaycan bayrağı qürurla dalğalanır və biz əbədi bu torpaqlarda olacağıq!
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR