Pərvin Kərimzadə: Rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri beynəlxalq hüquqa əsaslanır
Pərvin Kərimzadə
Millət vəkili
Azərbaycan Cənubi Qafqaz regionunda sülh, sabitlik və əməkdaşlıq mühitinin təmin olunmasının tərəfdarıdır. 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsindən sonra dövlətimiz bu təşəbbüslərlə çıxış edib və Ermənistana sülh sazişini imzalanmasını təklif edib. Çünki dövlətimizin başçısının dediyi kimi, regionda müharibə səhifəsi bağlanmalı, bölgə xalqıları sülh və rifah içərisində yaşamalıdır. Azərbaycan daim sülhə sadiq olduğunu dəfələrlə bəyan edib”. Bu fikirləri Milli Məclisin deputatı Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, sentyabr ayında ordumuzun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra suverenliyimiz təmin olunub. Antiterror tədbirləri nəticəsində dövlət suverenliyimizin tam bərpa olunması ümumilikdə regionda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaradır. Hazırda bölgədə sülhün təmin olunması məqsədilə bir sıra beynəlxalq platformalar çərçivəsində müzakirələr aparılır. Azərbaycan regionda sülhün bərqərar olması naminə irəli sürülən beynəlxalq təşəbbüsləri dəstəkləyir. Sadəcə, Ermənistan hakimiyyəti özündə iradə tapıb regionumuzun gələcəyi naminə sülh sazişini imzalamalıdır. Təəssüf ki, biz hələ də bunu müşahidə etmirik.
Millət vəkili xatırladıb ki, Azərbaycan sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır.
Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. Beləliklə, rəsmi Bakının sülh sazişinin imzalanması üçün təklifləri aydındır və bu təkliflər beynəlxalq hüquq normalarına əsaslanır.
Pərvin Kərimzadə qeyd edib ki, müəyyən beynəlxalq aktorlar Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirlər: “Onlar sülhün təmin olunmasına töhfə vermək istəyirsə, beynəlxalq hüququ və ədalət prinsipini əsas götürməlidir. Amma təəssüflər olsun ki, biz bir sıra hallarda bəzi beynəlxalq təşkilatların və ölkələrin proseslərə birtərəfli qaydada, obyektivlikdən uzaq formada yanaşdıqlarını müşahidə edirik. Xüsusilə, Azərbaycan antiterror tədbirləri nəticəsində öz dövlət suverenliyini təmin etdikdən sonra Ermənistana havadarlıq edən xarici dairələr ölkəmizə qarşı əsassız iddialar səsləndirir, hətta Ermənistanı silahlandırmağa çalışırlar.
Əlbəttə ki, bütün bunlar regionda sülhün əldə olunmasına böyük əngəllər yaradır. Lakin Prezidentimiz cənab İlham Əliyevin dediyi kimi, Azərbaycan haqq yolundadır, bizim iradəmizə heç bir qüvvə təsir edə bilməz, heç kim bizə nəyisə diqtə edə bilməz. Sülh region ölkələrinə lazımdır. Ona görə də, Ermənistan sülhə gəlməlidir. Başqasının diqtəsi ilə hərəkət etmək bu ölkə üçün ciddi problemlər yaradacq”.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər