Kanadanın tutduğu mövqe qərəz və səlibçilik təfəkküründən irəli gəlir
“Hazırkı dövrdə beynəlxalq hüquq ciddi böhran keçirir. Əslində, bu gün dünyada beynəlxalq hüququn işləmədiyini desək daha dəqiq olar. Çünki böyük dövlətlər tərəfindən eyni tipli problemlərə fərqli yanaşma, beynəlxalq hüquq və beynəlxalq təşkilatlardan öz xarici siyasətlərinin reallaşdırılmasında vasitə kimi istifadəsi geniş vüsət alıb. Azərbaycan da dünyanın belə bir ədalətsizliyi ilə üzləşib. Paradoksal hal ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınan ərazilərini 30 il işğal altında saxlamış, bir çox müharibə cinayətləri törətmiş Ermənistan bir sıra Qərb və Avropa ölkələri tərəfindən dəstəklənir”. Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.
Deputat bildirib ki, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində Ermənistandan işğal etdiyi Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməsi tələb olunurdu. Lakin Ermənistan bu tələblərə məhəl qoymadı, dünya dövlətləri də işğalçı Ermənistana qarşı heç bir addım atmadılar. Amma 2020-ci ildə Azərbaycan öz ərazilərini işğaldan azad etməyə başlayanda Qərbin və bir sıra Avropa dövlətlərinin hədəfinə çevrildi. Bütövlükdə, ölkəmizin öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsindən sonra həmin dövlətlər Azərbaycanı açıq-aşkar hədəfə alıblar. Həmin ölkələrin rəsmi şəxsləri ard-arda İrəvana səfər edərək Ermənistana dəstək nümayiş etdirirlər. bir neçə gün öncə Ermənistanda səfərdə olan Kanadanın xarici işlər naziri Melani Colinin ölkəmizə qarşı əsassız fikirləri də bunu təsdiqləyir.
Millət vəkilinin sözlərinə görə, 30 il ərzində Ermənistanı Azərbaycan ərazilərinin işğalına son qoymağa bir çağırış belə etməyən Kanadanın indi tutduğu mövqe, Azərbaycanı “etnik təmizləmədə” ittiham etməsi qərəz və səlibçilik təfəkküründən irəli gəlir. Nəzərə almaq lazımdır ki, Kanada məhz yerli aborigen xalqların soyqırımı nəticəsində yaradılıb. Ona görə də, Kanada kimisə etnik dözümsüzlükdə ittiham edə biləcək sonuncu dövlət ola bilər. Eyni zamanda, xanım Colinin Ermənistanın Azərbaycanla sərhəddə döyüş mövqeyinə gələrək binoklla Azərbaycanı müşahidə etməsi onun diplomatik davranış və normalardan nə qədər uzaq olduğunu göstərir. Onun Azərbaycanı sanksiyalarla hədələməsi isə qeyri-ciddi hərəkətdir. Çünki Kanada yarandığı gündən indiyədək müstəqil xarici siyasəti olmayan marionet bir dövlətdir, onun missiyası Vaşinqtondan gələn göstərişləri qeyd-şərtsiz icra etməkdən ibarətdir. Kanadanın Aİ-nin Ermənistandakı missiyasına qoşulması isə faktiki olaraq ABŞ-ın bu missiya daxilinə öz “vassalını” yerləşdirmək əməliyyatıdır. ABŞ Aİ-nin missiyasına özü qoşulmur, amma “əlaltısı”nın vasitəsilə prosesləri nəzarətdə saxlamaq istəyir. Cənubi Qafqaz regionundan xeyli uzaqda, başqa bir qitədə yerləşən Kanadanın nazirinin açıqlamalarından aydın olur ki, o, bölgədə baş verən proseslərdən xəbərsizdir, sadəcə təqdim olunmuş yanlış məlumatlar əsasında fikir yürüdb.
“Göründüyü kimi, bu gün beynəlxalq münasibətlər sisteminin ən böyük problemi ədalətin olmaması ilə bağlıdır. Bu səbəbdən də, bu sistem daxilində uzun illər ərzində formalaşmış, böyüklüyündən və kiçikliyindən asılı olmayaraq, bütün dövlətlərin fəaliyyətinin çərçivəsini müəyyən edən beynəlxalq hüquq iflasa uğrayıb. Kanada rəsmisinin mövqeyi də bunu bird aha təsdiqləyir. Amma Azərbaycana Kanada kimi dövlətin mövqeyi maraqlı və əhəmiyyətli deyil. Biz haqq yolundayıq və buy olla da irəli gedəcəyik”,-deyə YAP İdarə Heyətinin üzvü vurğulayıb.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101

Rəylər