Gəncədə “8 Noyabr Zəfər günü: milli və mənəvi həmrəyliyin zirvəsi”  mövzusunda tədbir keçirilib

Gəncədə “8 Noyabr Zəfər günü: milli və mənəvi həmrəyliyin zirvəsi” mövzusunda tədbir keçirilib

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Gəncə bölgəsi üzrə şöbəsinin təşkilatçılığı ilə Gəncə şəhər İmamzadə dini kompleksində “8 Noyabr Zəfər günü: milli və mənəvi həmrəyliyin zirvəsi” mövzusunda tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Gəncə bölgəsi üzrə şöbəsinin müdiri Həsən Məmmədov, şöbənin digər əməkdaşları, QMİ-nin Qazılar Şurasının üzvü Tahir Abbasov, dini konfensiya rəhbərləri, bölgədə fəaliyyət göstərən dini icma sədrləri və din xadimləri iştirak ediblər. Çıxışlarda qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər tariximizə qızıl hərflərlə yazılıb. O da vurğulanıb ki, bu müqəddəs Zəfər yolunda şəhid olan igidlərimizin ailələri, qazilər və veteranlar daim dövlətimizin xüsusi diqqət və qayğısı ilə əhatə olunur. Sonda DQİDK-nın sifarişi ilə ərsəyə gəlmiş “Zəfər günü” filmi nümayiş olunmuşdur. Daha sonra Gəncə şəhərində yerləşən Zəfər parkında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi anılmış, ruhlarına dualar oxunmuş, abidələrinin önünə gül dəstələri qoyulmuşdur.

Eyni zamanda, Gəncə bölgəsində fəaliyyət göstərən bütün müsəlman və qeyri müsəlman dini icmalarında “Zəfər bayramı” təntənəli qeyd olunmuşdur.
















Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR