Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları

Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları

Azərbaycanda müstəqil dövlətçilik ənənələrinin formalaşdırılmasında və bu mühüm nailiyyətin əldə edilməsində Ümummilli Lider Heydər Əliyevin fədakar xidmətlərinin müstəsna əhəmiyyəti vardır. Onun siyasi xadim kimi yürütdüyü siyasətin başlıca qayəsi Azərbaycanın hər bir vətəndaşının təhlükəsizliyini qoruya biləcək qədər qüdrətli dövlətə çevirmək olub.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümummilli Liderimizin siyasi kursuna sadiq qalaraq müstəqil ölkəmizi inamla gələcəyə doğru aparır. Bu yol Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yoldur. Ümummilli lider Heydər Əliyev vaxtilə müdrikcəsinə demişdir: "Heç bir qüvvə Azərbaycanın müstəqilliyini əlindən ala bilməz. Bundan sonra heç bir qüvvə Azərbaycan dövlətçiliyini məhv edə bilməz". Dünya liderləri sırasında ön cərgədə yeri olan Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə gəlişi ilə ölkəmizin problemlərini kökündən həll etməyə nail oldu. Onun misilsiz xidmətləri tarixə qızıl hərflərlə yazıldı. Çünki Ümummilli Lider mükəmməl şəkildə bütövlükdə müstəqil dövlət quruculuğu kursunu, o cümlədən məhkəmə-hüquq sistemində islahatların sistemli, ardıcıl və davamlı olaraq aparılması xəttini müəyyən etmişdir. Prezident İlham Əliyevin Ulu Öndərin layiqli siyasi varisi olaraq bu prosesi daha da inkişaf etdirməsini tarixi faktlar da sübut edir.

Azərbaycanın insan hüquqları Ümummilli Lider Heydər Əliyevin siyasi fəallığı ilə daha dolğun bir mərhələyə qədəm qoydu. Vətəndaşlarımız təhlükəsiz yaşamaq hüququ əldə etdilər. Ölkədə demokratik cəmiyyətin qurulmasına, insanların hüquq və azadlıqlarının müdafiəsinə təminat yarandı. 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.

Ölüm cəzasının ləğvi də insan hüquqlarına xidmətin bir qoludur. Qeyd olunduğu kimi, 1993-cü ilin iyun ayından ölkəmizdə ölüm cəzasının icrasına moratorium qoyulmuş, daha sonra bu cəzanın tətbiqi məhdudlaşdırılmış və 1998- ci il fevralın 10-da isə Şərqdə ilk dəfə olaraq ölkəmizdə tamamilə ləğv edilmişdir. Bu tarixi addım fəlsəfi, hüquqi düşüncələrə, dərin elmi təhlilə, dünya təcrübəsinə və reallığımıza əsaslanmaqla humanizm, insanpərvərlik, ədalət, şəxsiyyətə və insan hüquqlarına hörmət kimi yüksək amallarla yaşayan Ulu Öndərin gələcək nəsillərə misilsiz töhfəsi oldu.

Ulu Öndərin 3 fevral 1998-ci il tarixli müraciətində deyilirdi: “Mən cinayət-hüquq siyasətini hərtərəfli təhlil edərək, ədalət, azadlıq, humanizm və insanpərvərlik kimi yüksək ideallara sadiq qalaraq ölkəmizdə ölüm cəzasının ləğv edilməsi qənaətinə gəlib bu tarixi bəyanatı vermişəm”. Ölüm cəzasının ləğvi Azərbaycanın hüquqi-demokratik dövlət quruculuğu yolunda olmasını bir daha sübut etdi.

Həmin dövrdə həlli vacib olan məsələlərdən biri davam etməkdə olan Ermənistan-Azərbaycan müharibəsinin gedişinə təsir göstərə biləcək qəti addımlar atılması idi. Bunsuz ölkənin ərazi bütövlüyünü qorumaq, daxili ictimai sabitliyə nail olmaq mümkün deyildi. Milli Ordunun döyüş qabiliyyətinin artırılması və geniş miqyaslı müdafiə tədbirlərinin həyata keçirilməsi, döyüşçülərdə yaranan ruh yüksəkliyi sayəsində düşmənə qarşı bir neçə uğurlu hərbi əməliyyat aparıldı. Məhz bu uğurlu siyasətin nəticəsi idi ki, Ordumuz güclənərək böyük qələbələr uğrunda mübarizəyə hazır vəziyyətə çatdırıldı və cəmi 44 gün ərzində Böyük Zəfərə imza atdı. Növbəti qələbə isə daha az müddətə – vur-tut 24 saata əldə edildi. Bu gün hər bir Azərbaycan vətəndaşı düşmən işğalından azad edilmiş azad bir ölkədə yaşamasının qürurunu duyur.

Ölkəmizdə demokratik prinsiplər və dəyərlər, insan hüquq və azadlıqları getdikcə daha dolğun və real məzmun kəsb edir, vətəndaşların əsas hüquqlarının müdafiəsinin milli mexanizmləri təkmilləşdirilir, bu sahədə beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq həyata keçirilir. Təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu siyasi xətt ölkəmizdə insan hüquqlarının etibarlı təminatına, Avropa və dünya hüquq məkanına inteqrasiyanın daha da inkişafına töhfələr verməkdədir.

Bu gün müasir müstəqil Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında uğurla inkişaf edir. Ümumiyyətlə, ölkəmizin hər birimizdə qürur doğuran reallıqları ilk növbədə siyasi varisliyin təmin edilməsi ilə bağlıdır. Biz ayrı-ayrı ölkələrin timsalında siyasi kursun vaxtaşırı dəyişməsinin fəsadlarını dəfələrlə müşahidə etmişik – belə hallar anarxiyaya, iqtisadi tənəzzülə, sosial vəziyyətin ağırlaşmasına və bu kimi digər mənfi meyillərə yol aça bilir. Azərbaycanın xoşbəxtliyi ondadır ki, ölkəmizdə Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən eyni ardıcıllıqla davam etdirilir. Prezident İlham Əliyev hələ ilk dəfə dövlət başçısı seçilərkən bəyan etmişdi ki, onun əsas vəzifəsi Heydər Əliyev siyasi kursunu davam etdirmək olacaq. Son illərin təcrübəsi, qazanılan uğurlar onu təsdiqləyir ki, dövlətimizin başçısı Ulu Öndərin siyasi kursunu zamanın dəyişən tələblərinə uyğun daha da zənginləşdirərək inamla davam etdirir.

Samux rayonu Qarayeri qəsəbə 1saylı məktəb-liseyin Vlll sinif şagirdi Həsənova Əminə Qamət qızının “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanda insan hüquqları”mövzusunda yazı işi.

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR