“Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilib

“Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilib

Azərbaycan Braziliya Ciu-citsu Klubu İctimai Birliyinin təşkilatçılığı ilə qarşıdan gələn prezident seçkilərində cənab prezident İlham Əliyevi dəstəkləmək məqsədilə uşaq və yeniyetmələr arasında “Seçilmişi seçməyə ehtiyac yoxdur!” devizi altında ümumrespublika seminarı keçirilmişdir.

Seminarda açılış sözü ilə çıxış edən Azərbaycan Braziliya Ciu-citsu KİB-nin prezidenti Aqil Acalov Azərbaycanın Zəfər tarixi və bu yolda xalqımızın mübarizə əzminin əhəmiyyətindən danışmış, tarixi hadisələrin unudulmaması və təbliğ olunmasının vacibliyini vurğulamışdır. O bildirmişdir ki, bugün tarixi zəfərə imza atmış ölkə başçısının ətrafında sıx birləşmək və hər sahədə yeni uğurlar əldə etmək yetişməkdə olan nəslin əsas istiqamətləri olmalıdır.

Öz növbəsində İB-nin təsisçisi, Braziliya Ciu-citsu idman növünün Azərbaycanda banisi, Birinci Qarabağ müharibəsi veteranı Taleh Həsənov çıxışında dəmir yumruq ətrafında sıx birləşməyin qələbəyə gedən yolda vacibliyindən danışmış, ölkəmizin inkişafında uşaq və yeniyetmələrə olan böyük ümidlər və inam barədə fikirlərini bölüşmüşdür.

Daha sonra İB-nin sədr müavini Anar Səfərov idmançılara uğurlar arzulamış, yetişməkdə olan gənc nəslin onlara təqdim olunan imkanlardan mümkün qədər yararlanmaqla ən yüksək nailiyyətlər əldə etməyə çalışmalı olduqlarını, qalib Azərbaycan bayrağını ölkə hüdudlarından kənarda daim ən yüksəkdə dalğalandıracaqlarına inandıqlarını vurğulamışdır.

Seminarda 100-ə yaxın uşaq və yeniyetmə iştirak etmiş, attestasiyadan keçərək müxtəlif idman dərəcələri almışlar.






















Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR