Makron və Trampın Ağ evin həyətinə əkdiyi ağac yoxa çıxdı – FOTO

Makron və Trampın Ağ evin həyətinə əkdiyi ağac yoxa çıxdı – FOTO

Ötən bazar ertəsi ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Makron tərəfindən Ağ evin həyətinə əkilmiş palıd ağacı yoxa çıxıb.
101.az xəbər verir ki, ağacın yerində olmadığını “Daily Mail”in əməkdaşları aşkar edib.

Jurnalistlərin 29 aprel tarixində çəkidiyi fotoda ağacın olmaması diqqət çəkib.

Qeyd edək ki, Ağ evin həyətinə əkilən palıd ağacı Birinci Dünya Müharibəsində Amerika əsgərlərinin ilk döyüşünün keçirildiyi Fransanın məşhur şəhəri Les Bellodan gətirilmişdi.

Makronun sözlərinə görə, ağac Fransanın və ABŞ-ın dərin əlaqələrinin təzahürü olaraq qiymətləndirilirdi.

Ağ ev rəsmiləri isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

101.az (mənbə-oxu.az)

Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR