Makronun Trampa hədiyyə etdiyi itmiş palıd tapıldı

Makronun Trampa hədiyyə etdiyi itmiş palıd tapıldı

Donald Tramp və Emmanuel Makron tərəfindən Ağ Evin bağçasında əkilən palıd ağacı çıxarılıb və fitosanitar karantin nəzarətinə verilib.

101.az xəbər verir ki, bununla bağlı “Huffington Post” nəşri məlumat yayıb.

Məlumatlara görə, bu qərar ABŞ-da qəbul olunmuş qaydalara əsasən verilib. Qeyd edilib ki, palıd ağacı üçün karantin yaxın vaxtlarda bitəcək.

Aprelin 29-da ABŞ və Fransa prezidentlərinin ötən bazar ertəsi əkdiyi ağacın yoxa çıxması ilə bağlı informasiyalar yayılmışdı.

101.az (mənbə-oxu.az)



Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR