Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

Formula 1 Azərbaycan Qran-Prisinin Bakı trekində veloyürüş keçirilib

Bakıda dünyanın məşhur pilotlarının iştirakı ilə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi başlamamışdan əvvəl yarışların baş tutduğu Bakı trekində, aprelin 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun təşkilatçılığı, Formula 1 şirkətinin və Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə veloyürüş təşkil olunub.

Dövlət Təhlükəsizliyi Xidmətindən 101.az-a verilən məlumata görə, Formula 1 yarışlarının şəhər trası növündə öz nadirliyi ilə seçilən Bakı trekində keçirilmiş veloyürüşdə DTX-nin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli və Qazaxıstanın velosiped idmanı üzrə Olimpiya çempionu Aleksandr Vinokurov, həmçinin DTX-nin Heydər Əliyev adına Akademiyasının nəzdindəki Velosiped idman klubunun üzvləri iştirak ediblər.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR