Rusiyada Azərbaycan bayrağı səhv asıldı

Rusiyada Azərbaycan bayrağı səhv asıldı

Rusiya Federasiyasının Kaspiysk şəhərində keçirilən güləş üzrə böyüklər arasında Avropa çempionatında ölkəmizə qarşı diqqətsizlik edilib.

101.az-ın verdiyi xəbərə görə, turnirin keçirildiyi Əliyev adına İdman Sarayının qarşısında Azərbaycan bayrağı səhv asılıb.

Bu, gözümüzdən qaçmayıb. Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Mayis Musayevin təşkilatçıları bu səhv barədə məlumatlandırmasından sonra, bayrağımız çıxarılaraq düzgün formada asılıb.

101.az(mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR