Azərbaycandakı Türkiyə vətəndaşları daha tez səs verəcəklər - İyunun 17-də

Azərbaycandakı Türkiyə vətəndaşları daha tez səs verəcəklər - İyunun 17-də

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səs verəcəklər.

Bu barədə Türkiyə Ali Seçki Komissiyasından (YSK) məlumat verilib.

Qurumdan bildirilib ki, Azərbaycanda olan Türkiyə vətəndaşları gün ərzində səs verə biləcəklər:

"Rusiyada yaşayan Türkiyə vətəndaşları isə 16-17 iyun tarixlərində səsvermədə iştirak edəcəklər".

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 11 siyasi partiya qatılacaq.

101.az(mənbə-trend)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR