3 gün ərzində viza almaq mümkündür-ASAN Viza

3 gün ərzində viza almaq mümkündür-ASAN Viza

“ASAN Viza” sistemi vasitəsilə Azərbaycana səfər edəcək ölkələr
siyahısına daha bir dövlət əlavə edilib.

101.az-a Azərbaycan Respublikasının Prezidenti yanında
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə
Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, Artıq Cibuti Respublikası
vətəndaşları da “ASAN Viza” sistemi üzərindən AzərbaycanRespublikasına elektron viza müraciəti edə bilərlər.

Beləliklə, fəaliyyətinin başlanğıcında “ASAN Viza” portalı vasitəsilə e-
viza verilən ölkələrin sayı 81 idisə, sistemin təkmilləşdirilməsi və əhatə
dairəsinin genişlənməsi nəticəsində hazırda bu rəqəm 95 ölkə təşkil edir.

Xatırladaq ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron
vizanı “ASAN Viza” sistemi vasitəsi ilə 3 addımla (müraciət et, ödəniş et və
e-vizanı yüklə) və 3 iş günü ərzində əldə edə bilər. Elektron viza ölkədə
qalma müddəti 30 günədək müəyyən edilən birgirişli sənəddir. Elektron
vizalar yalnız siyahısı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
tərəfindən təsdiqlənən ölkənin vətəndaşlarına və həmin ölkələrdə daimi
yaşayan vətəndaşlığı olmayan şəxslərə rəsmiləşdirilir.

Həmçinin “ASAN Viza” sistemi xarici vətəndaşlara qrup şəklində viza
müraciətini təklif edir. Qrup müraciətləri minimum 2, maksimum isə 10 nəfər
üçün nəzərdə tutulub. Qrup üzvləri üçün olunan müraciətdə bir elektron
poçt ünvanı istifadə və bir ödəniş əməliyyatını etməklə bir neçə müraciət
ərizəsi yaradıla bilər.

Qeyd edək ki, bu günə kimi “ASAN Viza” vasitəsilə 410 mindən çox
əcnəbi və vətəndaşlığı olmayan şəxsə elektron viza verilib.
101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR