Bakının mərkəzində gənc qızı öldürdülər

Bakının mərkəzində gənc qızı öldürdülər

Paytaxtın Nərimanov rayonunda qətl hadisəsi qeydə alınıb.

101.az-ın məlumatına görə, hadisə bu gün saat 10:00 radələrində “Şərq” bazarı yaxınlığında baş verib.

Şəxsiyyəti hələ istintaqa məlum olmayan gənc qız bıçaqlanaraq öldürülüb, onun yanındakı oğlana isə ağır xəsarət yetirilib.

Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparır.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

101.az (mənbə-apa)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR