Gəncədə “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin icrasına başlanılacaq

Gəncədə “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin icrasına başlanılacaq

101.az xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti və Azərbaycan Respublikası Təhsil Nazirliyin dəstəyi, şəhər Gənclər və İdman Baş İdarəsinin Gəncə Dövlət Universiteti ilə birgə təşkil etdiyi “Tələbələrin II Könüllülük Yaz Məktəbi” layihəsinin icrasına başlanılacaq.

Gəncə Dövlət Universitetinin 80 İllik yubileyinə həsr edilən layihənin keçirilməsində məqsəd tələbələrdə liderlik qabiliyyətinin artırılması, könüllü fəaliyyətin təşviqi və komanda işinin təşkilidir.

Üç gün davam edəcək maraqlı layihədə bir-birindən fərqli təlimçilərin rəhbərliyi ilə müxtəlif təlimlər keçiriləcək. Eyni zamanda intellektual yarışlar və şəhər ekskursiyaları təşkil ediləcək. Layihənin icrası gənclər üçün maraqlı parti ilə yekunlaşacaq.

Qeyd edək ki, layihənin icrasına bu ayın 4-dən başlanılacaq.

Qeydiyyat linki: https://docs.google.com/…/1FAIpQLScIIhMzwagYmzq5hD…/viewform

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR