“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub

“ASAN Xidmət”in daha iki şöbə müdiri Kənd Təsərrüfatı Nazirliyində vəzifəyə təyin olunub

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) daha iki işçisinə Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Bu barədə 101.az-a Kənd Təsərrüfatı Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Anar Hüseynov bildirib.

O bildirib ki, Dövlət Agentliyinin Hüquqi təminat şöbəsinin müdiri İlhamə Qədimova Nazirliyin Hüquq şöbəsinin müdiri, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyev isə Nazirliyin Daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, bundan qabaq Dövlət Agentliyinin iki işçisi - Anar Hüseynov və Sarvan Cəfərova Kənd Təsərrüfatı Nazirliyində vəzifə verilib.

Xatırladaq ki, aprel ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Dövlət Agentliyinin sədri İnam Kərimov vəzifəsindən azad edilərək kənd təsərrüfatı naziri təyin olunub.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR