Bu ilin altı ayı ərzində toplanan sığorta haqları açıqlanıb

Bu ilin altı ayı ərzində toplanan sığorta haqları açıqlanıb

Bu ilin yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396,37 mln. manat məbləğində sığorta haqları toplanıb.

101.az-ın verdiyi məlumata görə, 119,3 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Könüllü sığorta bazarı üzrə haqlar 286,84 mln. manat, ödənişlər isə 87,11 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109,53 mln. manat, ödənişlər isə 32,19 mln. manat olub.

Bu ilin altı ayı ərzində sektor üzrə məcmu sığorta haqlarının 72%-i könüllü, 28%-i isə icbari sığorta növlərinin payına düşüb.

101.az (oxu az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR