Stilist Elnur Həsənovun RÖYA haqqında  dedikləri...

Stilist Elnur Həsənovun RÖYA haqqında dedikləri...

Stilist Elnur Həsənov rejissor Nail Naiboğlunun "Stop" layihəsinin qonağı olub.

101.az məlumatına görə, stilist müğənnilərlə işbirliyindən danışıb. O, ən kaprizli məşhurun adını açıqlayıb:

"Çalışdığım məşhur insanların çoxunu azaltmışam və sevdiklərim yanımdadır. Hər səhnə adamının öz kaprizi var. Səhnəyə çıxan ərəfədə onların kaprizini başa düşmək olur. Bir-birimizə etibarımız yarananda isə kapriz itir. Amma ən kaprizlisi Röyadır".

Elnur müğənni Zamiq Hüseynovla işbirliyinin bitməsinə də aydınlıq gətirib:

"Zamiq ölkənin birnömrəli kişi ifaçısıdır. Ondan başqasıyla işləyə bilmərəm. Ona görə də tək Zamiqlə işləməyə yox, prodüserliyə son qoydum. İşlərim çox olur və çatdırmıram".

101.az(mənbə-axşam.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR