"Seks və romantika motivasiyanın bir hissəsidir" - Çılpaq rollara çəkilən aktrisa - FOTO

"Seks və romantika motivasiyanın bir hissəsidir" - Çılpaq rollara çəkilən aktrisa - FOTO

"The Tudors", "Game of Thrones" kimi məşhur seriallarda rol alan aktrisa Natalie Dormer yeni seriala çəkilir.

101.az xəbər verir ki, o, BBC2 kanalında yayımlanan "Picnic At Hanging Rock" serialına çəkilir.

Ekran işinin ilk seriyası uğurlu alınıb və İngiltərə millisinin Dünya Çempionatında yarımfinal oyunu zamanı 1 milyon baxış toplayıb.

Yuxarıda adı çəkilən seriallarda çılpaq halda kamera qarşısına keçən aktrisa The Sun-a müsahibəsində bildirib ki, bu serialda da açıq-saçıq səhnələr olacaq.

"Seks və romantika insan motivasiyasının bir hissəsidir. Əgər məqsəd bilgi verməkdirsə, bunda hər hansı problem görmürəm", - deyə 36 yaşlı Natali söyləyib.

Qeyd edək ki, "Picnic At Hanging Rock"in ssenarisi eyni adlı əsərdən götürülüb.

101.az(mənbə-milli.az)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR