Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi

Dövlət bayrağı ilə bağlı qaydalar sərtləşdirildi

Milli Məclisdə “Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında”, “Dövlət Gerbinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” qanun layihələri müzakirəyə çıxarılıb.

101.az xəbər verir ki, hər üç sənəd barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

O qeyd edib ki, bu dəyişikliklər mühümdür, çünki Konstitusiya qanunları ilə tənzimlənir.

Qeyd edək ki, təklif olunan dəyişikliklərə görə, dövlət bayrağının rəngləri “Pantone” rəng kataloqunda aşağıdakı kodlara uyğun olmalıdır:

Mavi – Pantone 306C
Qırmızı - Pantone Red 032 C
Yaşıl – Pantone 362C
Dövlət gergibinin rəng çalarları:

Alovun qırmızı rəngi - Pantone Red 032C
Palıd budaqlarının yaşıl rəngi - Pantone 7729C
Sünbüllərin sarı rəngi - Pantone 7548C
Qızılı elementlərin rəngi - Pantone 111C
Hər üç qanun layihəsi səsə qoyularaq, qəbul edilib.

101.az(mənbə-oxu.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR