“Real” qalib olsa, “çempionluq dəhlizi” yaradardıq"

“Real” qalib olsa, “çempionluq dəhlizi” yaradardıq"

"Real" futbolçuları həftəsonu "El-Klasiko"dan öncə çempionluğunu rəsmiləşdirən "Barselona" üçün "çempionluq dəhlizi" yaratmayacaqlar.

101.az xəbər verir ki, "Barselona"nın müdafiəçisi Jordi Alba bu məsələyə münasibət bildirib.

O bildirib ki, "Real" rəhbərliyi oyunçulara bu barədə tapşırıq verib: "Əlbəttə, "Real" çempion olsa, biz bunu edərdik. Keçmişə nəzər salsaq, biz bir dəfə "Bernabeu"da onlar üçün "çempionluq dəhlizi" yaratmışdıq. Əminəm ki, bu qərar futbolçulara yox, rəhbərliyə məxsusdu".

Daha öncə Madrid klubunun baş məşqçisi Zinədin Zidan "Real" Klublararası Dünya çempionatının qalibi olduqdan sonra oynanılan "El-Klasiko"da "Barselona" oyunçularının "dəhliz" yaratmadıqlarını əsas gətirmişdi. Alba bu nüansa da toxunub: "Hamı nəyə hörmət etmək istəyirsə, ona da edir, heç kimin işinə qarışa bilmərik. Klublararası Dünya çempionatına gəlincə, biz o turnirdə iştirak etmirdik".

"Barselona" və "Real" arasındakı növbəti "El-Klasiko" mayın 6-da oynanılacaq.

101.az(mənbə-milli.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR