Siyavuş Novruzov: "Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır"

Siyavuş Novruzov: "Bütün hallarda bu məsələlərə son qoymaq lazımdır"

Tez-tez mətbuatda istiqlalçı deputatlarla bağlı müzakirələr aparılır. Həmin vaxt Azərbaycan parlamentinin 350 üzvü olub, onların hamısı ölkənin müstəqilliyinə səs verib. Orada bəziləri sabiq prezident Ayaz Mütəllibovun təklif etdiyi ittifaq müqaviləsinə qarşı çıxıblar. Onlar özlərini "istiqlalçı" hesab edirlər, digərləri isə kənarda qalır. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin.

101.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalının təsis edilməsi ilə bağlı müzakirələr zamanı deyib.

S.Novruzov qeyd edib ki, bütün hallarda bu məsələlərə son qoymaq lazımdır. Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyinin elan olunmasında 350 deputatın hamısı iştirak edib:

"Burada insanları ayırmaq olmaz. Məgər kommunist istəmirdi ki, Azərbaycan müstəqil olsun? Oqtay Əsədovdan xahiş edirəm ki, tapşırıq versin, həmin siyahı açıqlansın".

101.az(mənbə-milli.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR