Milli Məclisdə MÜHARİBƏ XƏBƏRDARLIĞI: ordumuz səfərbər olmalıdır ki... Nida Xəbər

Milli Məclisdə MÜHARİBƏ XƏBƏRDARLIĞI: ordumuz səfərbər olmalıdır ki... Nida Xəbər

“Hesab edirəm ki, Ermənistandakı siyasi qüvvələr daxili məsələlərlə bağlı atəşkəsi poza bilər. Ona görə də Milli Məclisin xüsusi iclasını çağırmalıyıq”.

101.az-ın xəbərinə görə, bu sözləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisdə çıxışı zamanı deyib.


Millət vəkili bildirib ki, hazırkı durumda Azərbaycan Ordusu torpaqları azad etməyə hər an hazır olmalıdır:

“Bəzən tarixi məqamda qəbul edilən qərar ölkənin taleyini həll edə bilər. Biz Ermənistandakı siyasi prosesləri ciddi izləməliyik. Mən şəxsən ciddi izləyirəm. Hesab edirəm ki, yaxın zamanda Ermənistan vətəndaş qarşıdurmasına gedəcək. Bu zaman isə atəşkəsi poza bilərlər. Biz artıq Rusiya ilə danışıqlar aparmalıyıq. Ordumuz səfərbər olmalıdır ki, atəşkəs pozulduğu halda torpaqları azad edək”.

Spiker Oqtay Əsədov millət vəkilinin təklifinə münasibət bildirib:

“Hər birinizi əmin edirəm ki, Azərbaycan Prezidenti, Ordusu istənilə provokasiyaya hazır vəziyyətdədir”.

101.az(mənbə-publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR