Məsciddən pul oğurlayan şəxslər tutuldu

Məsciddən pul oğurlayan şəxslər tutuldu

Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar İdarəsi və Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məsciddən pul oğurlayan şəxslər saxlanılıb.

101.az DİN-in Mətbuat Xidmətinə istinadən bildirir ki, Masallı rayonu Bədəlan kəndinin Aşurlu məhəlləsində yerləşən məsciddən 2300 manat, 1300 ABŞ dolları, 16400 rus rublunun oğurlanması barədə rayon polis şöbəsinə müraciət daxil olub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törədən şəxslər aşkarlanaraq polis əməkdaşları tərəfindən saxlanılıb. Müəyyən edilib ki, oğurluq edənlər Cəlilabad rayon sakinləri, əvvəllər məhkum olunmuş Əli Zeynalov və Nizami Mahmudovdur. Oğurladıqları 300 dollar və 127 AZN onlardan maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma davam etdirilir.

101.az
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR