Paşinyan: Qarabağ məsələsində güzəştlər olmayacaq

Paşinyan: Qarabağ məsələsində güzəştlər olmayacaq

Erməni birliyi Bakının Qarabağ məsələsinin hərbi yolla həlli illüziyasını dayandıracaq. Bu sözləri Ermənistan parlamentinin xüsusi iclasında çıxışı zamanı baş nazir postuna namizəd, “Yelk” partiyasının lideri Nikol Paşinyan bildirib.

101.az xəbər verir ki, Paşinyanın sözlərinə görə, Qarabağ məsələsində danışıqlar ancaq Azərbaycan tərəfinin beynəlxalq hüquq normalarına əməl etməsindən sonra mümkün olacaq.

“ATƏT-in Minsk qrupunun nümayəndələri Bakını əsassız addımlardan atmaqdan çəkindirmək üçün bütün təsirlərindən istifadə etməlidir”, - o bildirib.

Serj Sarkisyanın sabiq mətbuat katibinin məsələnin Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılmasından sonra həll oluna biləcəyi fikrini Paşinyan “yalan” adlandırıb:

“Mən 15 dəfə bu məqalənin “skrin-şot”larını yayımlamışam. Burada elə bir söz yoxdur. Çox təəssüf edirəm ki, siz mənim təkziblərimi izləməmisiniz və burada dezinformasiya ilə məşğulsunuz”.

O qeyd edib ki, hazırkı şərtlər daxilində hər hansı güzəştdən söhbət gedə bilməz.

101.az(mənbə-oxu.az)


Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR