Deputat xəbərdarlıq edir: Cəbhədə təxribat törədilə bilər

Deputat xəbərdarlıq edir: Cəbhədə təxribat törədilə bilər

Milli Məclisin bugünkü iclasında deputat Qüdrət Həsənquliyev Ermənistandakı vəziyyətlə bağlı Milli Məclisin xüsusi iclasının keçirilməsini təklif edib.

101.az xəbər verir ki, deputat Ermənistanda vəziyyətin gərginləşdiyini vurğulayıb.

“Hətta bu gün Paşinyan baş nazir seçilsə də, sabitlik yaradacağı şübhə doğurur. Orada atəşkəsi poza bilərlər. Azərbaycan dövləti hazır olmalıdır ki, cəsarətli qərar qəbul etsin və torpaqları işğaldan azad etsin. Oradakı prosesləri diqqətlə izləməliyik.

Ermənistan yaxın zamanlarda böyük vətəndaş qarşıdurmasına girəcək və Qarabağda atəşkəsi poza bilərlər. Azərbaycan beynəlxalq təşkilatlarla və Rusiya ilə intensiv danışıqlar aparmalıdır”, - deyə Həsənquliyev qeyd edib.

101.az(mənbə-oxu.az)



Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR