Külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

Külli miqdarda dələduzluq edən şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rövşən Qəmbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

101.az-ın məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə R. Qəmbərov 8 il 7 ay azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

İttihama görə, R.Qəmbərov tanışı Ceyhun Bayramovdan 115 min dollar, digər tanışı Afiq Qafarovdan isə 54 min 987 manat alıb.

101.az(mənbə-trend)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR