Paşinyandan Qarabağla bağlı AĞLASIĞMAZ AÇIQLAMA: "Zəmanət verirəm ki, sabahdan..."

Paşinyandan Qarabağla bağlı AĞLASIĞMAZ AÇIQLAMA: "Zəmanət verirəm ki, sabahdan..."

“Heç bir şübhə yoxdur ki, milyonlarla erməni Ermənistana qayıdacaq və milyardlarla investisiya gətirəcək”.

101.az xəbər verir ki, bunu Ermənistan müxalifətinin lideri, “Yelk” parlament fraksiyasının başçısı, baş nazir postuna yeganə namizəd Nikol Paşinyan parlamentdə baş nazir seçkiləri üzrə keçirilən iclasda çıxışı zamanı bildirib.

“Yüksək vəzifəli şəxslərin əmlakının rəsmən elan edilməsi sistemi elə dəyişdiriləcək ki, insanlar məmurların nə qədər sərvətə malik olduğunu bilsinlər. Zəmanət verirəm ki, sabahdan Ermənistanda inhisarçılıq olmayacaq və heç kimə idxal üçün qadağa qoyulmayacaq. Biz yeni qanunları qəbul etməyəcəyik, sadəcə qanunsuz qadağaları aradan götürəcəyik”, - Paşinyan deyib.

Onun sözlərinə görə, bütün bunlar Ermənistanın təhlükəsizlik səviyyəsini və müdafiə qabiliyyətini yüksəldəcək. Baş nazir postuna namizəd qeyd edib ki, bu həm də Dağlıq Qarabağ münaqişəsinin “ermənilərin xeyrinə” həlli üçün ilkin şərtləri yaradacaq.

Qarabağ ətrafındakı rayonların Azərbaycana verilməsiylə bağlı adından yayılan ifadələri dezinformasiya adlandıran Paşinyan Qarabağ məsələsində heç bir kompromisə getməyəcəyini deyib.

“Bizim üçün Dağlıq Qarabağ xalqının öz taleyini müstəqil həll etmək haqqı vacibdir, bu haqqın reallaşması vacibdir. Münaqişənin həllinin kökündə xalqların bərabərhüquqlara malik olması və öz müqəddəratını təyin etməsi dayanmalıdır. Dağlıq Qarabağın beynəlxalq səviyyədə tanınmasına yeni impuls verilməlidir. Əgər Azərbaycan bəyan edəcəksə ki, Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyin etmə haqqını tanımağa hazırdır, o zaman münaqişənin kompromis həlli barədə danışmaq olar. Bu reallıqdır. Azərbaycanın bu haqqı tanımaqdan imtina etməsi kompromislər haqda danışmağa yer qoymur”, - deyə Paşinyan reallıqdan uzaq fikirlər səsləndirib.

101.az(mənbə-publika.az)
Şikayət və ya narazılığınız var? - Bizə zəng edin: +994 707 707 101


ƏN SON XƏBƏRLƏR